Fransa çinli, dissident Nobel mükafatçısını qəbul etməyə hazırdır




Fransa bu günlərdə Xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə, azadlığa buraxılan çinli Nobel mükafatçısı Liu Xiaobonu qəbul etməyə hazır olduğunu bəyan edib. 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, insan hüquqları müdafiəsi təşkilatları Çin hakimiyyətindən L.Xiaobonun ömrünün sonlarını xaricdə münbit şərait içərisində yaşamasına icazə verməsini istəyib. Ona qapı açmağa hazır olduğunu söyləyən ilk ölkə isə Fransa olub.

Qeyd edək ki, ötən günlərdə çinli Nobel sülh mükafatçısı Liu Xiaobo azadlığa buraxılıb. Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, vəkilinin bildirdiyinə görə, ötən ay keçirilən diaqnostik yoxlamadan sonra L.Xiaobonun qara ciyərində xərçəng aşkarlanıb. Məhz bu səbəbdən onu yaxşı müalicə alması üçün azadlığa buraxıblar. O, artıq Şenyan xəstəxanasına yerləşdirilib və orada müalicə alır. Onun heç bir xüsusi layihəsi yoxdur. O, yalnız xəstəliyi ilə bağlı müalicə qəbul edir.

Ahıl, intellektual və disident müəllim,2009-cu ildə 11 il azadlıqdan məhrum edilib. Onun həbsinə isə Çində demokratiyanın müasir və yeni təməlləri ilə bağlı yeni bir mətn tərtib etməsi olub.

Yada salaq ki,  L.Xiaobon 2010 -cu ildə həbsdə olarkən Nobel sülh mükafatına layiq görülüb.

Ayyət Əhməd