Fransa heç vaxt tolerant ölkə olmayıb
20:31 04.07.2016
Arxiv
736
“Qondarma soyqırımı tanımayanların cəzalandırılması haqqında qanun tamamilə biabırçılıq deməkdir”
Rusiyanın ardınca Fransa da "erməni soyqırımı”nı inkar edənlərə cəza verilməsi məsələsini gündəmə gətirib. Parlament "soyqırımı” inkar edənlərə qarşı cəza növünü nəzərdə tutan qanun layihəsini bəyənib. Bundan sonra qanunverici orqanın aşağı palatası hökumətin təqdim etdiyi "Bərabərlik və vətəndaşlıq haqqında” qanun layihəsinə düzəlişi qəbul edib.
Qanun layihəsində xüsusi qeyd olunub ki, "erməni soyqırımı”nı tanımayanları bir il müddətinə azadlıqdan məhrumetmə cəzası və 45 min avro cərimə gözləyir. Doğrudur, qərar hələ parlamentin aşağı palatasında qəbul edilib və Senat bunu ləğv etmək səlahiyyətinə malikdir.
Amma əksər ekspertlər Senatın qanun layihəsini təsdiqləyəcəyini düşünür. Şübhəsiz ki, bu qərarın qəbulu təkcə Türkiyəni deyil, Azərbaycanı da ciddi şəkildə narahat edəcək. Qanun layihəsi ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Fransanın yenidən bu qanunu gündəmə gətirməsi Türkiyəyə pislik etməkdən və aranı qarışdırmaqdan başqa bir şey deyil: "Ümumiyyətlə, Fransa hər zaman anti-türk mövqedə dayanan, şovinist millətçiliyi müdafiə edən və radikallığı dəstəkləyən bir dövlət olub. Bu ölkənin islam və türk dünyasına qarşı açıq nifrəti hamıya məlumdur. Fransa heç vaxt tolerant ölkə olmayıb. Qondarma soyqırımı tanımayanların cəzalandırılması haqqında qanun tamamilə biabırçılıq deməkdir. Rusiyada buna cəhd oldu, amma hökumət ağıllı hərəkət edərək qətnaməni gündəmdən qaldırdı. Amma Hollandiya və Belçikada bu cür qanunlar qəbul edilib”. Ekspertə görə, özünü demokratik ölkə kimi təqdim edən dövlətlərdə belə bir qanunun qəbul edilməsi hüquqi dəyərlərə sayğısızlıqdır: "Hər insan düşündüyü kimi danışmaq haqqına sahibdir. Əgər qondarma soyqırımı qəbul edən vətəndaşlara yanaşılırsa, onda bunu inkar edənlərə və faktlarla isbatlayanlara da eyni münasibət olmalıdır. Ancaq təəssüflər olsun ki, bunun əksini görürük”. Q.Hüseynli vurğulayıb ki, insanlara azad və fərqli düşüncəsindən dolayı cəza vermək hüquq adına ləkədir: "Xatırlayırsızsa, Türkiyə İşçi Partiyasının sədri Doğu Perincik Hollandiyada bu məsələni gündəmə gətirdi və erməni qətliamının uydurma olduğunu söylədi. Buna görə hökumət Perinciki iki gün həbsdə saxladı. Həbsdən çıxan partiya sədri Hollandiyanı söz azadlığını məhdudlaşdırmaqdan dolayı Avropa Məhkəməsinə verdi və 6 aydan sonra bəraət aldı. Hollandiya hökuməti isə cəzalandırıldı”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol