Fransa polisi 19 yaşlı qızı yerə yıxıb, təpiklədi - Foto

Fransada « sarı jilet»lilərin aksiyası zamanı 19 yaşlı qız başından ciddi xəsarət alıb.
«Sherg.az» «nouvelobs.com »a istinadən xəbər verir ki, bu xanım aprelin 30-da polis zorakılığı ilə bağlı məhkəməyə müraciət edib.
19 yaşalı qız hadisə belə xatırlayır:
« Marseldə «sarı jilet»lilərin 2018-ci il 8 dekabr tarixində keçirilən aksiyasında polis zorakılığına məruz qaldım. Polis mənə qarşı yandırıcı silahdan istifadə etdi. Güllə yarası aldıqdan sonra qaça bilmədim və onlar məni yerə uzadıb, dəyənəklə başıma döyürdülər. Hətta polisin biri məni təpikləyirdi ».
Onun vəkili Briz Qrazini də qeyd edib ki, aldığı ağır və amansız zərbələr üzündən qızın beynində ciddi fəsadlar əmələ gəlib. O bəzən heç kimi və heç nəyi xatırlamır.
Qeyd edək ki, « sarı jiletlilərin» 2018-ci ilin 1 dekabr tarixində keçirilən aksiyası zamanı Zeyneb Reduan adlı marselli xanım da polis zorakılğına məruz qalıb. Polis onun da başına çox ağır xəsarət yetirib. O, ağrılardan əziyyət çəkdiyi üçün əməliyyata alınıb, lakin əməliyyat masasında keçinib.
Tərcümə etdi : Ayyət Əhməd