Fransa polisi “sarı jiletlilər”in nümayişində jurnalistə zor tətbiq edib
06:03 26.05.2019
Arxiv
524
Tuluzada "sarı jiletlilər”in nümayiş zamanı RT kanalının əməkdaşı, fransalı jurnalist Fransua Frederik Equi polislər tərəfindən döyülüb.
ONA-nın "RİA Novosti”yə istinadla xəbərinə görə, bu barədə RT kanalının rəhbəri Kseniya Fyedorova açılama verib.
O bildirib ki, Tuluza polisi müxbirin dəfələrlə media nümayəndəsi olması xəbərdarlığına baxmayaraq rezin dəyənəklə onun bədəninin müxtəlif hissələrinə zərbələr endirib:
"Videoyazıdan da görünür ki, etiraz nümayişini "Press” logosu ilə canlı olaraq yayımlayan an polis onun xəbərdarlığına məhəl qoymayaraq dəyənəklə ayaqlarına davamlı zərbələr vurur. Elə o andan etibarən kamera zədələndiyindən canlı yayım dayanır”.
Kanal rəhbərliyi əlavə edib ki, xoşbəxtlikdən Frederik həbs olunmayıb, indi onun sağlamlığı tam qaydasındadır.
O da vurğulanıb ki, sözügedən nümayiş zamanı 15 media nümayəndəsi yaralanıb.
Xatırladaq ki, Fransa nümayişlərində daha əvvəl də oxşar hadisə yaşanmışdı. Parisdə "RİA Novosti”nin müxbiri Viktoriya İvanova polis tərəfindən döyülmüşdü.
Xəsarət alan rusiyalı jurnalist dərhal xəstəxanaya üz tutmuşdu. İvanova həmçinin Fransa Milli Polis Təşkilatının (İGPN) Ümumi Müfəttişliyinə də iddia ərizəsilə müraciət etmişdi.
O zaman Rusiya XİN jurnalistlərə öz peşə vəzifələrini yerinə yetirməkdə zor tətbiq olunmasının qeyri-qanuniliyi barədə Fransız hökumətini xəbərdar etmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya
Tramp BƏƏ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
20:26 18.08.2026
Gündəm