Fransa sənətkarlar formalaşdıracaq - “Notre-Dame”ın bərpası üçün





Pour reconstruire Notre-Dame, le gouvernement veut former plus de tailleurs de pierre
Fransa hökuməti "Notre-Dame de Paris”nin yenidən tikilməsi üçün daş yonma işlərini bacaran sənətkarların sayının az olduğunu bəyan edib.

"Sherg.az” "lefigaro.fr”ə istinadən xəbər verir ki, artıq hökumət daş yonan gənc sənətkarların formalaşması üşün ciddi rəsmi addımlar atmağı düşünür. Bunun artıq plan da hazırlanıb.

 «Chantiers de France» adlanan bu planın əsas məqsədi "Notre-Dame de Paris”nin yenidən qurulması üçün minlərlə gəncdən ibarət daş yonan usta, dam örtüyü hazırlayan sənətkar və dülgər hazırlamaqdır. Fransa hokuməti bununla bağlı ölkə gənclərinə çağırışlar edərək işçi qüvvəsi toplamağa çalışır.

Qeyd edək ki, "Notre-Dame de Paris” güclü yanğın nəticəsində deformasiyaya uğrayıb.

Tərcümə etdi: Ayyət Əhməd