Fransalı deputat: "Ermənistan təxribatlara son qoymalıdır"
12:42 28.04.2016
Arxiv
473
"Son günlər cəbhə xətti boyu Ermənistan tərəfindən hərbi təxribatların həyata keçirilməsi və Azərbaycanın Tərtər, Ağdam, Füzuli və digər rayonlarında mülki əhalinin və mülki yaşayış yerlərinin, o cümlədən məktəblərin, hospitalların və digər komplekslərin hədəfə alınması qəbuledilməzdir”.
Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən məlumata görə, bu barədə Fransa Milli Assambleyasının deputatı, xarici işlər komissiyasının üzvü Jan Luk Reytzerin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, bu hərəkətlər qəti şəkildə beynəlxalq ictimaiyyət tərəfindən pislənilir və Ermənistan bu təxribatlara son qoymalıdır: "Azərbaycanın tarixi Dağlıq Qarabağ regionu və onun ətrafında 7 digər regionu 20 ildən artıqdır Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğal edilib, BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası və digər beynəlxalq təşkilatlar torpaqların bu işğaldan dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələr qəbul edib. Lakin əfsuslar olsun ki, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozmağa davam edir. Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi adları çəkilən qətnamələrin qəbulunda birbaşa iştirak edib və hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Eyni zamanda, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrinin sülh yolu ilə icra edilməsini təmin etmək üçün səylərini davam etdirir”.
Bəyanatda qeyd olunur ki, tarixi ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. "Azərbaycanın ərazi bütövlüyü gec-tez təmin ediləcək, məcbur köçkünlər doğma yurd-yuvalarına dönəcəklər. Mənim özüm Fransanın Alzas regionundanam və alzaslılar çox yaxşı bilirlər ki, qonşu ölkə tərəfindən qeyri-qanuni işğal və təcavüz nə deməkdir. Bu səbəbdən Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalmasını daha yaxşı anlayırlar. Fransa əhalisi hər zaman ədaləti dəstəkləyən bir xalq kimi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Son günlər ərzində Azərbaycanın Tərtər, Ağdam, Füzuli və digər rayonlarında mülki əhalinin və mülki obyektlərin Ermənistan tərəfindən hədəfə götürərək onları təcavüzə məruz qoymasını bir daha qəti olaraq pisləyirəm və BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnamələrinin sülh yolu ilə icrasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə çağırıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual