Fransalı nazir: “Beynəlxalq stabillik, münaqişələrin həlli və inklüzivlik Sivilizasiyalar Alyansının ali hədəfidir” - YENİLƏNİB
09:53 26.04.2016
Arxiv
450
"Azərbaycan özü-özlüyündə bir sivilizasiya alyansıdır”.
APA-nın məlumatına görə, bunu İspaniyanın sabiq baş naziri Xose Luis Rodrigez Zapatero Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən "Zorakı ekstremizmə qarşı platforma və tərəfdaşlıq" adlı panel müzakirəsində deyib.
O, 2005-ci ildə Sivilizasiya Alyansının yaranmasına təşəbbüs göstərdiyini deyib: "XXI əsrdə müxtəlifliklərin səbəbi din və mədəniyyətlər arasında fərqliliklərdir. Birlik üçün BMT adı altında birləşmək lazımdır. Bütün dünyaya sülh ismarıcının carşısı olmalıyıq. Terrorizmdə din adından istifadə edilir, halbuki din sülh və zorakılığa qarşı əməkdaşlığa çağırır".
Fransanın keçmiş baş naziri və xarici içlər naziri Dominik de Vilpen isə bildirib ki, dünya zorakı ekstremizmin mahiyyətini tam anlamır: "Bu son 10 ildə düşdüyümüz böyük tələdir. Bizim zorakı ekstremizmə cavabımız təəssüf ki, hərbi cavab olub. Bu da terrorizmi daha da gücləndirib. Biz gözlədiklərimizin əksini görürük, getdikcə coğrafiyası genişlənir. Biz dialoqa səy göstərməliyik. Mən Çinin irəli sürdüyü İpək yolu təşəbbüsünü ən gözəl layihə hesab edirəm. Məhz iqtisadiyyatın Asiyada, Şərqdə gücləndirilməsi, infrastrukturun buralarda qurulması bu problemlərin həllinə yol açacaq. Məhz strateji iqtisadi təşəbbüslər ən yaxşı yoldur. Digər həll yolu isə güclü bir qurumdur. Artıq BMT güclü deyil. Orada islahatlar aparmaq lazımdır. Müstəqil sülhyaradıcı qüvvələri olmalıdır".
BMT-nin terror əleyhinə direktoratlığının icraçı direktoru Jan Pol Laborde isə bildirib ki, zorakı ekstremizmlə mübarizənin bir neçə yolu var: "BMT Təhlükəsizlik Şurası müəyyən uğurlar qazanan sənədlər qəbul edib. Lakin Sivilizasiyalar Alyansı ilə bir araya gəlib elə həll yolları ortaya qoymalıdır ki, hərbi yoldan effektiv olsun. Gənclər artıq gələcək üçün deyil, indiki zaman üçün işləməlidirlər. Digər məsələ isə ondan ibarətdir ki, biz vətəndaş cəmiyyətləri ilə işləməliyik. Bunu BMT TŞ-də görmək çox vacibdir. Həmçinin özəl müəssisələrlə işləməliyik. Əlimizdə olan kanallardan istifadə etməliyik".
Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir deyib ki, beynəlxalq stabilliklə bağlı vəziyyətin düzəlməsi, münaqişələrin həlli, inklüzivlik Sivilizasiyalar Alyansının ali hədəfidir: "Müxtəlif mədəniyyətlərə və inanclara hörmət zorakı ekstremizmə qarşı müəyyən müqavimət hərəkatına kömək edəcək. Biz effektli və dayanıqlı həll yolu olacağına inanırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya