Fransalı nazir: "Vəziyyət partlayış həddinə çatıb"
17:08 25.04.2016
Arxiv
515
"Mən bura Fransa prezidenti və hökumətinin tapşırığı ilə gəlmişəm və danışıqların yenilənməsi, barışıqla bağlı müraciət gətirmişəm”.
APA-nın "news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Fransa siyasi rəhbərliyinin çağırışı gərginliyin azaldılması ilə bağlıdır, çünki vəziyyət həddindən artıq gərgindir və partlayış həddinə çatıb: "Müharibə həm hərbi qulluqçular, həm də mülki əhali arasında çoxsaylı itkilərə səbəb olub. Mən elə buna görə buradayam və danışıqlar prosesinin yenilənməsi ilə bağlı mesaj gətirmişəm. 25 mindən çox insanın ölməsi ilə nəticələnən 30 illik münaqişəni dondurulmuş olaraq xarakterizə etmək olmaz. Hər il yeni qurbanlar olur, daha çox insan qaçqın vəziyyətinə düşür”.
H. Desir bildirib ki, Fransa digər həmsədr ölkələr kimi münaqişənin yekun həlli ilə bağlı səylərini əsirgəmir. "Rusiyalı və amerikalı həmsədrlərlə birlikdə Fransa Madrid prinsiplərinin - gücdən istifadə etməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmək prinsiplərinin reallaşdırılması üçün səylər göstərir. Münaqişənin tənzimlənməsi bu üç prinsipə əsaslanmalıdır ”,- deyə H. Desir qeyd edib.
Dövlət naziri əlavə edib ki, hazırda prioritet olan atəşkəs rejiminin möhkəmləndirilməsi və ona nəzarət mexanizminin tətbiqidir: "ATƏT-in Minsk qrupunun həmsədrləri hesab edirlər ki, atəşkəs mexanizminə ciddi şəkildə riayət edilməlidir və ona nəzarət mexanizmi olmalıdır. Bu nəzarət mexanizmi beynəlxalq ictimaiyyətin himayəsi altında həyata keçirilməlidir. Bunu ATƏT müşahidəçiləri, elektron cihazlar və digər vasitələrlə həyata keçirmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə