Fransanın "Lemonde"qəzeti Bakıdakı Formula 1-dən YAZDI




"Daniel Rikiardo Azərbaycan Qran Prisinin qalibi olub" 

Sherg.az "lemonde.fr"ə istinadən xəbər verir ki, avstraliyadan olan bu pilot Azərbaycandakı qələbəsilə Formula 1 mövsümündə yığdığı xalları 92-yə çatdırıb. 

Mövsümə başçılıq edən Sebastian Vettel-in 153 xalı və onun əsas rəqibi sayılan Levis Hamiltonun isə139 xalı var.

Formula 1 üzrə Azərbaycan Qran Pri yarışını Red Bull komandasından Daniel Rikiardo olub.

İkinci yeri Mercedes komandasindan Valtteri Bottas, üçüncü yeri isə "Williams" komandasından Lance Stroll tutub.

Yarışdan sonra çıxış edən Daniel Rikiardo qələbəsini gözləmədiyini deyib.

Yazıda o da qeyd olunur ki, yarış zamanı Levis Hamiltonun və Sebastian Vettelin maşınları toqquşub. Bundan əvvəl yarışa birinci sırada başlayan Levis Hamilton və Sebastian Vettel toqquşduqdan sonra müvəqqəti olaraq 8-ci və 9-cu yerlərə düşüblər.

Formula 1 mövsümündə 1-ci və 2-ci yerləri tutan Sebastian Vettel və Levis Hamilton yarışı 4-5-cı yerlərdə bitiriblər.

Toqquşmaya səbəbkar olmaqda təqsirləndirilən Vettel-ə 10 saniyaəlik cəza verilib.

Bu hadisədən əvvəl baş vermiş qəzalar nəticəsində 5 sürücü yarışı tərk etməli olub.

Yazını və videonu bu linkdən izləyə bilərsiniz:


Ayyət Əhməd