Futbolçu meydanda öldü




25 yaşlı xorvatiyalı futbolçu Bruno Boban matç zamanı sinəsindən aldığı zərbə nəticəsində ölüb.

"Sherg.az"goal.az-a istinadən xəbər verir ki, "Marsoniya" futbol klubunun "facebook" səhifəsində hadisənin "Marsoniya" və "Slavoniya" komandaları arasında qarşılaşmanın 15-ci dəqiqəsində baş verdiyi bildirilib. Zərərəçəkənə tibbi yardım göstərmək üçün meydançaya həkimlər gəliblər. Lakin onlar futbolçunun həyatını xilas edə bilməyiblər.

Oyunçunun ölüm səbəbi hələlik məlum deyil.