Gələn il üçün təhsilə büdcədən vəsait artırıldı



Gələn ilin büdcəsində təhsil xərcləri artırılıb. Bu haqda parlamentin iclasında maliyyə naziri Samir Şərifov xəbər verib. Sherg.az-ın xəbərinə görə, nazir bildirib ki, 2019-2020-ci tədris ilindən başlayaraq ölkə üzrə ali təhsil alanlar üzrə dövlət sifarişi ilə təhsil alanların xüsusi çəkisinin təxminən 20 faiz artırılması və digər təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manatın ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin təhsil sektoru üzrə xərcləri 2 milyard 274 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu.

Nazir vurğulayıb ki, bəzi zəruri məsələlərin müsbət həlli istiqamətində təkliflər hazırlanıb: "Bütövlükdə irəli sürülən təkliflərin məcmu maliyyə tutumu 610 milyon manatdır. Artımın əsas hissəsi sosial təminatlı layihələrin maliyyələşməsinə yönəldiləcək. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün 2019-cü ildə Dövlət Neft Fondunun büdcəsində 200 milyondan artıq əlavə vəsatin ayrılması nəzərdə tutulub".

Anar