Polisə aparılan gəncə hansı cəzanın verilməsi maraqla gözlənilir
Gənc avtobusda tərbiyəsizlik etdi
07:41 30.03.2018
Arxiv
1649
O, qadına və yaşlı insanlara əl qaldırdı
Polisə aparılan gəncə hansı cəzanın verilməsi maraqla gözlənilir
Polisə aparılan gəncə hansı cəzanın verilməsi maraqla gözlənilir
Bakıda cavan oğlan ona düzgün oturmağı məsləhət görən qadını, daha sonra etirazını bildirən yaşlı kişini döyüb. Hadisə 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda baş verib. Sərnişindaşıma ilə məşğul olan "Xaliq Faiqoğlu” şirkətinin mərkəzi müşahidə şöbəsinin əməkdaşları tərəfindən 10 TH 318 dövlət qeydiyyat nişanlı avtobusda gənc oğlanın orta yaşlı qadına hücum etməsi aşkar olunub və bununla bağlı dərhal polisə məlumat verilib.
Kadrlarda görünür ki, sərnişin axınının çox olduğu saat 18 radələrində avtobusda ayaq üstə çətinliklə dayanan qadın qarşısındakı oturacaqda əyləşmiş gənc oğlandan bir qədər səliqəli oturmasını xahiş edir. Bu zaman həmin şəxs qadına kobud şəkildə cavab verir və nalayiq ifadələr işlətməyə başlayır. Daha sonra qadının iradlarına aqressiv reaksiya göstərən oğlan hücum edərək ona yumruqla zərbə endirir.
İnsident zamanı gəncə irad bildirən yaşlı qadın və 2 qoca kişi də onun hücumuna məruz qalır. Yaşlı-qadın demədən hər kəsə əl qaldıran və ictimai nəqliyyatda özünü nalayiq formada aparan gənclə bağlı dərhal polisə müraciət edilib. Həmin şəxs avtobusa daxil olan polis əməkdaşları tərəfindən bölməyə aparılıb və faktla bağlı zəruri araşdırmalara başlanılıb.
Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut avtobusunda baş vermiş insidentlə bağlı açıqlama yayıb. Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev saytımıza açıqlamasında bildirib ki, kimsənin digər sərnişinlərə qarşı bu cür aqressiv hərəkət etməsi yolverilməzdir: "65 nömrəli müntəzəm marşrut xəttində sərnişinlər arasında baş verən insidentlə bağlı bildirmək istərdim ki, çox təəssüf, cəmiyyətimizdə bu cür halla rastlaşırıq.
Sərnişinlərdən birinin avtobusda olan qadınlara, yaşlı insanlara qarşı əl qaldırması, kəskin aqressiya nümayiş etdirməsi xalqımızın malik olduğu yüksək mənəvi və əxlaqi dəyərlərə tamamilə ziddir. Bu birmənalı olaraq cəmiyyətə qarşı hörmətsizlik və tərbiyəsizlikdir. Heç bir hal kiməsə qarşı, xüsusən də qadına və yaşlı insana qarşı aqressiv hərəkətə səbəb ola bilməz. Əminəm ki, müvafiq qurumlar insanlara qarşı bu cür hərəkətə yol verən şəxsin əməlinə lazımi hüquqi qiymət verəcək”.
M.Ağayev əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq sərnişinlərin ictimai nəqliyyatda etik davranış qaydalarına əməl etmələri ilə bağlı maarifləndirmə işləri aparır:
"Bu çərçivədə foto və videomateriallar hazırlanaraq ictimaiyyətə təqdim edilir. Bununla bağlı xüsusi kitabça da hazırlanıb. Apardığımız maarifləndirmə işləri, müvafiq qurumların tətbiq etdiyi inzibati cəza tədbirləri ilə yanaşı vacib olan daha bir təsirli vasitə də ictimai qınağın olmasıdır. Bu mənada bu cür halların sosial şəbəkələrdə paylaşılaraq ictimailəşdirilməsi təqdirə layiqdir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya