Gəncə şəhər bələdiyyəsi yaradılmalıdır
Yusif Nəzərli
07:40 16.02.2022
Arxiv
994
Gəncədə işsizlik yüksək səviyyədədir
İnsanların məşğulluğunu təmin edə biləcək məsələlər hələ çözülməyib
Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur. Bu məsələ Milli Məclisin dünənki iclasında müzakirəyə çıxarılan “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır. Ləğv edilən Nizami rayonunun tərkibindəki inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində hesab edilir. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Qanuna dəyişikliklə əlaqədar Gəncə şəhərində Nizami və Kəpəz bələdiyyələrinin əhatə etdiyi ərazi vahidləri də dəyişəcək. Lakin bələdiyyələr ləğv edilməyəcək.
“Gəncənin rayonlarında məhkəmə və polis orqanlarının taleyi necə olacaq?”
Kəpəz seçki dairəsinin deputatı Müşfiq Cəfərov deyib ki, Gəncə şəhərinin inzibati ərazi bölgüsündə dəyişikliklər fonunda bir sıra suallar ortaya çıxır. O bildirib ki, Gəncənin Nizami və Kəpəz rayonlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələri, məhkəmə, polis orqanları və s. qurumların taleyinin necə olacağı maraqlıdır: “Aidiyyəti qurumları ixtisarlara getməməyə çağırıram. Çünki bu, Gəncədə işsizlik problemini aktuallaşdıra bilər”.
“Gəncə şəhər bələdiyyəsini yaratmalıyıq”
Deputat Fazil Mustafa isə deyib ki, bu, gecikmiş layihədir: “Bakıda da bu dəyişikliyə getməliyik. Layihəyə əsasən, biz Nizami və Kəpəz bələdiyyələrini saxlayırıq. Bunu da ləğv etməli, Gəncə şəhər bələdiyyəsini yaratmalıyıq. Bakı şəhərində də bu addımı atmalıyıq. Biz illərdir qurumların funksiyasını şəxslərə görə dəyişirik. Bələdiyyənin səlahiyyətini hansısa quruma verməklə vətəndaşın problemini həll edə bilmirik. İşsizlik məsələsinə baxmaq lazımdır. Müşfiq Cəfərovun fikirlərinə qatılıram. Gəncədə işsizlik yüksək səviyyədədir. Gəncədə metro tikilməlidir. İnsanların məşğulluğunu təmin edə biləcək məsələlər hələ çözülməyib. Bu layihələri bütün respublika üzrə hazırlamalıyıq. Qəsəbələr də şəhərlərə daxil edilməlidir. Bu qədər strukturun saxlanılmasına nə ehtiyac var? İdarəetmə sadələşdirilməlidir. Biz balaca rayon formatından çıxmalıyıq”.
“Gəncədə bələdiyyələri birləşdirsəydik, seçkilər keçirilməli idi”
Deputat Kamran Bayramov isə deyib ki, xüsusi nümayəndəlik institutunun tətbiqi üçün ilk növbədə inzibati idarəetmə məsələləri həll olunmalıdır. O bildirib ki, respublikamızda çox kiçik rayonlar var: “Vaxtilə hansısa rayonun parçalanması nəticəsində əmələ gəlmiş rayonlar var. Bu problemlər həll edildikdən sonra idarəetmənin optimallaşdırılmasına başlanıla bilər. Digər layihədə bələdiyyələrin siyahısına dəyişiklik edilir. Bələdiyyələrin birləşməsi də məntiqli olardı. Amma biz Gəncə şəhərində Kəpəz və Nizami bələdiyyələrini birləşdirsəydik, yenidən seçkilər keçirilməli idi. Bizdə bələdiyyələrin birləşməsi prosesi 2009-cu ildə və 2014-cü ildə olub. Bələdiyyələrə yeni səlahiyyət verilməsi məsələsindən öncə bələdiyyələrin birləşməsi məsələsinə baxmalıyıq. Bundan sonra onların səlahiyyətləri artırılmalıdır. Bu gün Bakıda 12 inzibati rayon, 53 bələdiyyə var. Buna nə lüzum var?!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol