"Gənclər mənim etdiyimi etməsin"





İsveç  Elm Akademiyası tərəfindən Nobel Kimya Mükafatına layiq görülən Prof. Dr. Əziz Sancar, onu Nobelə aparan yolun təməlinin ABŞ-da deyil, Türkiyədə atıldığını ifadə etdi.

"Elmi düşünməyi Türkiyədə öyrəndim" deyən Sancar, ""Xarici ölkələrə getsinlər, oraları görsünlər, çalışsınlar, lakin mənim etdiyimi etməsinlər. Türkiyəyə dönsünlər" dedi.

69 yaşlı Sancar, Mardində orta gəlirli bir ailənin 10 uşağından biri olaraq dünyaya gəlmişdi.
"Sağ olsunlar anam, atam oxumağa böyük əhəmiyyət verərdi" deyərək ailəsini hörmətlə anan Sancar, elmi araşdırmalar etməyə  İstanbul Universiteti Tibb Fakültəsindəykən maraq göstərmişdi.

"İkinci kursda oxuyarkən bu yolda irəliləməyə qərar vermişdim. Lakin bir müəllimim mənə həkimlik ünvanını al, sonrasında xüsusilə təməl elmlərdə ixtisaslaşsın demişdi. Onun tövsiyəsi mənim üçün çox əhəmiyyətli idi" deyən Sancarı, Amerikada doktorluq müdafiə etməyə itələyən səbəb də bu olmuşdu.

Nobelə aparan Türkiyədəki təhsili olmuş

Universitetdən sonra bir müddət sağlamlıq mərkəzində həkimlik edən və daha sonra 1977-ci ildə Amerikaya gedən Sancara görə, onu Nobelə aparan yolun təməlləri əslində ABŞ-da deyil, Türkiyədə atılmışdı.

Sancar, bunu bu sözlərlə dilə gətirir:

"Biz ümumiyyətlə məmləkətimizi tənqid etməyi sevərik. Lakin bizim məmləkətdə çox gözəl bir təhsil var. Türkiyədə ibtidai məktəbimiz, orta məktəbimiz, liseyimiz, universitetlərimiz pulsuzdur. Mənə bu imkanlar verildi. Türkiyədə universitetdə oxuyarkən, orada gördüyüm təhsil, buradakı universitetlərin səviyyəsində idi. Türkiyə bizlərə çox gözəl təhsil verir. Bunu Amerikada edə bilməzsiniz. O baxımdan mən bu mükafata görə məmləkətimə və Respublika dövrünün başlatdığı təhsilə borcluyam.

Mən bura gəldim müvəffəqiyyətli oldum, amma mənə bu təməli verən Türkiyədəki təhsil idi. Mən bura 1974-cü ildə gəldim, o dövrdə Türkiyənin bu günkü imkanları yox idi. Lakin Türkiyə məni hazırlamışdı. Mən bura gəldiyim zaman araşdırma apara biləcək səviyyəydim."

ABŞ-da elm deyil, amma həyat məcbur etdi

Ancaq Sancar üçün Amerikadakı həyat, başlanğıcda o qədər asan olmamışdı.

"Gəldiyim zaman xarici dil kimi fransızı bilirdim, ingiliscə bilmirdim" deyən Sancar, ilk vaxtlarda ingiliscə öyrənməyə və fərqli həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkib. Ancaq Sancarı rahatlaşdıran şey isə "elmi düşünməyi" Türkiyədə öyrənməsi olub.

Professional sahədə çox çətinlik çəkmədiyini ifadə edən Sancar, onu Nobelə aparan yola görə, "Ölkəm məni çox yaxşı hazırlamışdı. İş nizamını, elmi düşünməyi mən tibb məktəbində  öyrənmişdim . O baxımdan bura gəldiyim zaman çox bilmədiyim şeylər də vardı, amma elm sahəsində çətinlik çəkdim desəm yalan olar"- deyə danışdı.

Elmi işin səbir istədiyinə də diqqəti çəkən Sancar, "Çox çalışmaq lazımdı, etdiyimiz təcrübələrin yüzdə 80-90-dan bir şey çıxmaz. Ona görə buna alışmaq lazımdı. Təkrar- təkrar sınamaq lazımdı" dedi.



Buna görə gənc beyinlərə "heç qorxmamalarını" tövsiyə edən Sancar, sözlərini belə davam etdirdi:

"Xarici ölkələrə getsinlər, oraları görsünlər, çalışsınlar, lakin mənim etdiyimi etməsinlər. Türkiyəyə dönsünlər. Mən dönə bilməzdim, əsgərliyi etdikdən sonra Dəclə Universitetində bir həkimlə görüşdüm, oradakı imkanlara baxdım, yalnız Dəclə Universitetində deyil, Hacettepedə belə, o dövr istədiyim araşdırmaları edə bilməzdim. O səbəblə dönmədim. Amma indi Türkiyə çox dəyişdi. Tövsiyəm, bəli bura gəlin, buranı görün, amma sonra Türkiyəyə dönün."

"Türkiyə dövləti elmə böyük sərmayə qoyur"

Türkiyədə çox qabiliyyətli elm adamlarının olduğuna işarə edən Sancar, "Anladığım qədəriylə Türkiyə dövləti elmə böyük sərmayə qoyur. O baxımdan mən ümidliyəm. Gələcək 10 il içində sanaram Avropa səviyyəsinə yaxın olarıq" ifadələrini istifadə etdi.
Sancar, Avropa və Amerikada  "çox müvəffəqiyyətli, tərtəmiz türk elm adamları"nın da olduğunu ifadə edərək, "Amerikada Nobel mükafatı ala biləcək səviyyədə araşdırmalar edən insanlarımız var. İnşallah onlar da qazanarlar. Ümidliyəm, inşallah başqa Nobel mükafatları sahələrimiz olar" dedi.

Ölkəsinə xidmət etmək istəyir

Uzun illərdir ABŞ-da olmasına baxmayaraq Sancarın məmləkət sevdasını gözlərində və sözlərində rahatlıqla görmək mümkündür.

Sancar, onu Nobelə aparan müddətə baxmayaraq, "Mən Mardinin Sovur qəsəbəsində sağlamlıq ocağında işlədim. Oradakı qardaşlarımla, həmyerlisilərimlə çox yaxşı qaynaşdım, faydam oldu. Məni üzən tək şey, bəzən bu mövzuda düşünürəm, nə üçün onları buraxdım deyirəm. Çünki onlara faydam vardı" sözləri, ölkəsinə xidmət istəyi və həsrətini ortaya qoyur.

Əziz Sancarın həyat yoldaşı Gven Sancar isə mövzuya bir immiqrantın böyük bir müvəffəqiyyət hekayəsi olaraq baxarkən, "Həyat yoldaşımın bu müvəffəqiyyəti, bu ölkəyə gələn immiqrantların nə edə biləcəyi, bu ölkəyə necə qatqı təqdim edə biləcəyi nöqtəsində çox müdhiş bir nümunədir. İmmiqrantların ABŞ-da elmə, dünya elminə qata biləcəklərini göstərmək baxımından bu böyük bir hadisədir" deyə danışıb.

Həyat yoldaşının Nobel mükafatı almasını gözləmədiyini də dilə gətirən Sancar, "Bu mövzuda hər vaxt zarafat edirdik, amma ciddi olaraq bunun reallaşacağını düşünməmişdik. Dolasıyla şok olduq. Əziz xüsusilə çaşdı" dedi.