Georgi Qaxaria: Heç kim Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz
18:32 01.05.2019
Arxiv
470
Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası çox qısa müddətdə həllini tapmalıdır. Heç kim bu cür məsələlərdən sui-istifadə edib ölkədə etnik zəmində qarşıdurma yarada və Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin müavini, daxili işlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Georgi Qaxaria söyləyib.
Nazir insanları bu cür məsələlərdə son dərəcə ehtiyatlı olmağa və milli zəmində münaqişə yaratmamağa çağırıb. O, Gürcüstan hökumətinin bu məsələdə qardaş Azərbaycan ilə razılığa gələcəyinə ümid etdiyini bildirib. Nazir deyib: "Mən insanları birmənalı şəkildə milli və etnik münaqişələrə səbəb ola biləcək məsələlərdən uzaq olmağa çağırıram. Biz inanırıq ki, demarkasiya məsələsində strateji tərəfdaşımız olan qardaş Azərbaycan ilə razılığa gələcəyik. Bu razılıq əsasında bütün mədəni irs məsələləri də əksini tapacaq”.
Qeyd edək ki, son günlər bəzi gürcü siyasətçilər Azərbaycan–Gürcüstan sərhədində yerləşən "Keşikçidağ” məbədi (və ya "David Qareci” məbədi) ilə bağlı məsuliyyətsiz bəyanatlar yaymaqla ictimaiyyəti çaşdırmağa çalışırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media