Gerçəkdir: Bu “Nağıl Kənd”ində kim olmaq istəməz...

Küçələrin və prospektlərin yerinə çaylar və kanalların olduğu, 13-cü əsrdən qalma bir kənd...
Kəndin ətrafı, kanallarla əhatələnib və nəqliyyat yalnız qayıqlardan ibarətdir. Hollandiyanın Overijssel əyalətində yerləşən kiçik bir kənd, Giethoorn adlanır... Yoğun saatlarda qarşılaşacağınız tək tıxac, kəndlilərin mallarını yaşıl çayırlara otlatmağa aparmaq üçün mindikləri itələmə botları olacaq. Məşhur bir Hollandiya filmi olan Fanfare, 1958-ci ildə burada çəkilmişdi. Eynilə bir nağıl diyarı kimi görünən bu kənd tamamilə gerçəkdir... Kəndin ən əhəmiyyətli xüsusiyyəti, nəqliyyat üçün hər hansı bir yol olmamasıdır... İrili- xırdalı 180 körpünün olduğu kəndin əhalisi 3 mindən azdır. Hər il turist axını olan bu kəndə getmək üçün elektrik mühərrikli maşınlara icazə var. Yanacaqla işləyən avtomobil qadağandır. Bu möhtəşəm kənd üçün "Nağıl Kəndi” və ya 'Hobbit Kəndi' bənzətmələri edilir. 13-cü əsrdən qalan bu kənddə, velosiped yolları da sonradan salınıb.