"Qəbir yerləri ilə bağlı Türkiyədə olduğu kimi «yaşıl kart» sistemini tətbiq etmək də mümkündür"
Gərək məzarlıqlar bələdiyyələrin balansında olsun
10:10 11.05.2019
Arxiv
706
O zaman aztəminatlı ailələrin dəfn xərclərini ödəmək də asanlaşar
"Qəbir yerləri ilə bağlı Türkiyədə olduğu kimi «yaşıl kart» sistemini tətbiq etmək də mümkündür"
"Qəbir yerləri ilə bağlı Türkiyədə olduğu kimi «yaşıl kart» sistemini tətbiq etmək də mümkündür"
Nazirlər Kabinetinin qəbiristanlıqların bələdiyyələrə verilməsi ilə bağlı müvafiq qərarında Şəhidliklər və Fəxri Xiyabanlarla bağlı məsələlər də öz əksini tapıb. Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır: "Məsələ barədə aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək. Qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə bağlı konkret müddət Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Həmin müddətin növbəti bələdiyyə seçkiləri ilə heç bir əlaqəsi yoxdur”. Gündüz İsmayılov qeyd edib ki, Azərbaycanda özəl qəbiristanlıqların olması mümkün deyil: "Nazirlər Kabinetinin qəbiristanlıqlarla bağlı təsdiqlədiyi sənədə görə, köhnə və yeni salınan qəbiristanlıqlar bələdiyyələrin balansında olmalıdır. Qəbiristanlıqlarla bağlı bütün məsələlər həmin sənədlə tənzimlənməlidir. Həmin sənəddə isə qəbiristanlıqların salınması, dəfn işinin təşkili, qəbirlər arasındakı məsafə, onların yaşayış yerindən uzaqlığı, hamısı öz əksini tapıb”.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli isə «Şərq»ə açıqlamasında qeyd etdi ki, bələdiyyələrin balansında məzarlıqlar olsa, aztəminatlı ailələrin dəfn xərclərini ödəmək də asanlaşar:
- Onsuz da bələdiyyələr bu işi üzərinə götürüb. Dəfn xərcləri, qəbir yerinin alınması üçün bələdiyyələrə müraciət edənlər var və bələdiyyələr də onlara kömək edir. Sadəcə, bütün bunların qanunvericilik şəklində olması daha məqsədəuyğundur. Çünki qəbir yerlərinin satılması çox zaman başqa təşkilatlar tərəfindən həyata keçirilir.
Vəsaitlər kimlərinsə şəxsi büdcəsinə gedir. Amma məsələ qanuni forma alsa, bilinər ki, bələdiyyənin büdcəsi nə qədərdir, bu vəsait hara xərcləndi. Proses mərkəzləşdirilmiş qaydada tənzimlənməlidir. Bilinməlidir ki, hansı ərazilər bələdiyyə torpaqlarıdır. Həmin ərazidə qəbiristanlıq varsa, oranın torpağından bələdiyyə hansı formada istifadə edə bilər. Maddi durumu qəbir yeri almağa çatan ailələrin ödədiyi pul da bələdiyyənin hesabına keçməlidir ki, sabah bu vəsait hesabına bir başqa aztəminatlı ailənin ehtiyacı ödənsin. Bələdiyyələrin konkret büdcəsi müəyyənləşməlidir və bu büdcənin böyük olması daha məqsədəuyğundur. Bələdiyyənin büdcəsi olmalıdır ki, bu problemləri həll etsin. Bütövlükdə qəbiristanlıqlar və qəbir yerləri ilə bağlı aparılan işlər müsbətdir, amma prosesin icrasının bələdiyyələrə həvalə edilməsi lap yaxşıdır. Türkiyədə bu, uzun illərdir ki, belədir və insanlar doğmaları, yaxınları rəhmətə getdikdə, qəbir yeri problemilə üzləşmir.
V.Tofiqli bildirdi ki, qəbir yerləri ilə bağlı Türkiyədə olduğu kimi «yaşıl kart» sistemini tətbiq etmək də mümkündür:
- Türkiyədə aztəminatlı ailələrə «yaşıl kart» verilir. Bu kart sayəsində ailə dəfn xərclərindən azad olur, qəbir yerini bələdiyyə müəyyən edir və sairə. Onsuz da bizdə aztəminatlı ailələr ünvanlı sosial yardım alır. Nazirlikdə də onların siyahısı var, icra hakimiyyətlərində də. Ailələr icra hakimiyyətlərinə müraciət edib qeydiyyata da düşə bilər. Bələdiyyələr də bu siyahı əsasında ailələrə kömək edər. Bələdiyyələr ərazidə yaşayan əhalini daha yaxşı tanıyır. Ona görə də bu işi bələdiyyələr daha rahat həyata keçirmək imkanına malikdir. Əlbəttə, büdcə vəsaiti olarsa.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya
Pezeşkian: İran ABŞ ilə tammiqyaslı müharibənin içindədir
14:54 07.10.2026
Dünya
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
14:46 07.10.2026
Dünya
Ermənistan XİN-in saytında Qarabağla bağlı arxiv silindi
14:43 07.10.2026
Gündəm
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirildi
14:27 07.10.2026
Media