Girovlardan məktub gəlib

“Əsirlərin ailələri ilə bağlı dialoqları barədə məlumat verə bilmərik”



Bir neçə gün öncə Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərdə qanunsuz olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan Şahbaz Quliyevə baş çəkiblər.

BQXK-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynovanın "Şərq”ə verdiyi məlumata görə, görüş zamanı onlara ailələrindən və ailələrindən onlara məlumat çatdırılıb.

Çatdırılan məlumatın məktubdan ibarət olduğunu söyləyən qurum rəsmisi "Spesifik olaraq məlumatın hansı formada çatdırıldığını deyə bilmərəm. Lakin məlumat yazılı və şifahi də ola bilər” - deyib.

Şahbaz Quliyevin bacısının qardaşına çatdırmaq istədiyi azuqənin çatdırılmasını da öyrənmək mümkün olmadı: "Əsirlərin ailələri ilə bağlı dialoqları barədə məlumat verə bilmərik”.

Vüqar