Girovların qaytarılmaması İrəvanın sülh istəmədiyini bir daha göstərdi
09:34 30.11.2018
Arxiv
452
Ən qəddar savaşlarda belə ilk fürsətdə əsir, girov mübadiləsinə önəm verilir
Qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılan və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilən erməni hərbi qulluqçu Arsen Eduardoviç Baqdasaryan Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyana müraciət göndərib. Paşinyan isə Baqdasaryanın ünvanladığı əsir-girovların "hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciətinə biganə yanaşıb və girovların dəyişdirilməsindən imtina edib.
Millət vəkili Hikmət Babaoğlunun fikrincə, Paşinyanın əvvəlki erməni rəhbərliyinin mövqeyindən çıxış edərək əsir və girovların dəyişdirilməsi çağırışına reaksiya verməməsi, Ermənistan üçün müsbət heç nə vəd etmir:
"Hərbi əməliyyatlar zamanı əsir düşən hərbçilərin, girovların dəyişdirilməsi bütün dünyada humanist bir addım kimi qiymətləndirilir.
Ən qəddar savaşlarda belə ilk fürsətdə əsir, girov mübadiləsinə önəm verilir. Bu həm humanitar, həm də müharibənin qanunlarına aiddir. Çox təəssüf ki, işğalçı Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan erməni əsirin girovların "hamının-hamıya” prinsipi ilə azad edilməsinə dair müraciətini qulaqardına vurub, onların dəyişdirilməsindən imtina edib. Onun bu reaksiyası antihumanist addımı bir daha onların öz vətəndaşlarına olan qəddar və biganə münasibətinin göstəricisidir.
O, bu mövqeyi ilə sülh tərəfdarı olmadığını, problemin həlli istiqamətində lazımi addımları atmaq marağında olmadığını açıq şəkildə bəyan etmiş oldu. Hesab edirəm ki, Paşinyanın bu davranışı dünya ictimaiyyəti və erməni əhalisi tərəfindən ciddi şəkildə qınanmalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm