Tanınmış rəqqasə “Bakı 2015” üçün klip çəkdirmək qərarına gəlib
Birinci Avropa Oyunlarının ilk sahibi olan Azərbaycan üçün bu, tarixi əhəmiyyət kəsb edir. İlk Avropa Oyunlarının məhz Azərbaycandan start götürməsi hər bir azərbaycanlı üçün önəm daşıyır.
Bu yarışlarda ev sahibi olaraq hər birimizin üzərinə məsuliyyət düşür. Sənət adamlarımız da bu məsuliyyəti hiss edir. Tanınmış rəqqasəmiz Göyçək Fatimə də ilk Avropa Oyunlarına laqeyd qalmayıb. Həm milli, həm də dünya rəqslərini peşəkar ifa edən rəqqasə də Avropa Oyunlarına öz düzünü qatmaq istəyib.
Belə ki, Fatimə də "Bakı 2015” ilk Avropa Oyunlarına öz töhfəsini verərək klip çəkdirmək qərarına gəlib. Artıq klipin çəkilişləri bitib. Bir neçə günə klipin media üçün təqdimatı nəzərdə tutulur.
İlk Avropa Oyunlarına həsr edilən klipin ideyası oqktalist-aparıcı Tahirə Məmmədqızına məxsusdu. Klipin rejissoru Nail Naiboğludur. Klipin ərsəyə gəlməsində bir çox insanların ona dəstək olduğunu qeyd edən Fatimə "Ev sahibi olaraq hər birimizin üzərinə məsuliyyət düşür. Mən də bir sənətçi olaraq bu mötəbər yarışlara dəstək olmaq istədim. Tahirə ilə belə qərara gəldik ki, ilk Avropa Oyunlarına həsr edilən bir klip çəkdirək. Bununla da milli rəqs nümunəmizi də qonaqlara təqdim etmiş olaq. Klipi dostum Nail Naiboğluya çəkdirmişəm. Bu işdə mənə dəstək olan insanlar var. Onların da adını çəkməyi özümə borc bilirəm”.
Klipin ərsəyə gəlməsində "Ana Vətən” kompozisiyasının müəllifi Elşad bəyə və onun rəhbərlik etdiyi "Şhade” qrupuna, xüsusilə Ülvi və Məcid qardaşıma təşəkkürümü bildirirəm. Bundan əlavə, "Vertioz” qrupunun üzvü Seyrana minnətdaram ki, vətənpərvərlik məqsədilə ərsəyə gələn bu layihədə məni tək qoymadılar.
Böyük bir minnətdarlığım isə rəqsin quruluşuna görə tanınmış baletmeyster Fərhad Vəliyevin payına düşür. İstədim ki, mən də bu işdə gücüm çatanı edim, mədəniyyət nümayəndəsi olaraq milli rəqslərimizdən ibarət bir kompozisiya ilə qonaqlara Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu göstərim. Hər birimiz qürurla azərbaycanlı olduğumuzu söyləyə bilirik. Avropaya ev sahibliyi etmək bir daha Azərbaycan dövlətinin gücündən, qüdrətindən xəbər verir. İnanın, bu klipin çəkilişləri zamanı sevincimin həddi-hüdudu yox idi. Çünki mən Vətənimi, xalqımı sevirəm və bu dövlətdə yaşadığım üçün qürur hissi keçirirəm”.
Xatırladaq ki, qısa zamanda klipin təqdimat mərasimi nəzərdə tutulur”.
Tahirə