Gözlənilən oldu: Üç ölkə Səudiyyə Ərəbistanına dəstək verdi!





Jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürüldüyünün Riyad rəhbərliyi tərəfindən qəbul edilməsi, dünyada zəlzələ effekti yaradıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ, BMT, İngiltərə və Avropa Parlamenti gecədən cinayətə reaksiya verən şərhlər verərkən, Səudiyyə Ərəbistanına dəstək şərhləri Orta Şərqdəki müttəfiqlərindən gəlib.
Birləşmiş Ərəb Əmrlikləri (BAE) Səudiyyə Ərəbistanının rəsmi şərhinin arxasında dayandığını elan edib. BAE, Kral Səlmanın əmr və qərarlarına hörmət edir.

Birləşmiş Ərəb Əmrliklərindən dərhal sonra Misir Xarici İşlər Nazirliyi səhnəyə çıxıb. Rəsmi şərhdə Səudiyyə Ərəbistanının Qaşıqçının öldürülməsindən sonra cəsur və qərarlı bir şəkildə addımlar atdığı bildirilir. Qahirə rəhbərliyi Riyadın yanında olduğunu ifadə edib.

Bahreynin Səudiyyə Ərəbistanının qərarını tərifləməsini isə Səudiyyə dövlət televiziyası "Əl Ərəbiyə" dünyaya eşitdirib. Rəsmi şərhə Səudiyyə Ərəbistanının ədaləti təmin edəcəyi vurğulanır.

Səudiyyə Ərəbistanı və müttəfiqləri keçən ildən bu yana Körfəz ölkəsi Qətərə embarqo tətbiq edir, Yəməndəki vətəndaş müharibəsində isə İran dəstəkli Husilerə hava hücumları təşkil edir.

Turan