Səyyar seçki qutularının evlərə göndərilməsinə gəlincə, G. Həsənova onlara bu barədə müraciət edilmədiyini söyləyib:
"GUAM Parlament Assambleyasının nümayəndələri səsvermədən tam razı qalıblar"
11:46 11.04.2018
Arxiv
2715
"16 saylı Yasamal II seçki dairəsinin 15 saylı məntəqəsində baş tutan səsvermə prosesində yaşlı nəslin nümayəndələri də aktiv şəkildə iştirak edirlər".
Bu barədə "Sherg.az"-ın əməkdaşına məntəqənin sədri Gülcahan Həsənova məlumat verib. O diqqətə çatdırıb ki, saat 15:30-a qədər seçki məntəqəsinə 750-yə yaxın seçici müraciət edib:
"Məntəqədə qeydiyyatda olan 1237 nəfər seçici arasında yaşlılar və gənclər də var. Yaşlı nəslin nümayəndələri səhər saat 07:00-dan etibarən məntəqənin qarşısında olublar. Onlar seçkilərin həmin saatda başladığını zənn ediblər. Məntəqə saat 08:00-dan etibarən açıldı, Azərbaycanın Dövlət Himni səsləndikdən sonra həmin seçicilər ilk olaraq səsvermədə iştirak etdilər".
Məntəqə sədrinin sözlərinə görə, seçki prosesini GUAM Parlament Assambleyasının nümayəndələri, Gürcüstan, Rusiya, Qazaxıstan və Türkiyədən gələn müşahidəçilər izləyib. Və səsvermə prosesindən tam razı qalıblar.
Səyyar seçki qutularının evlərə göndərilməsinə gəlincə, G. Həsənova onlara bu barədə müraciət edilmədiyini söyləyib:"Səyyar seçki qutularının evlərə göndərilməsi üçün bir sutka əvvəldən seçicilərimiz müraciət etməli idi. Ötən gün bizə müraciət edən seçicimiz olmayıb. Ona görə, hazırda səyyar seçki qutularımız yoxdur".
Qeyd edək ki, vətəndaşlar bu gün axşam 20:00-a qədər qeydiyyatda olduqları seçki məntəqələrinə gələrək seçkilərdə iştirak edə bilərlər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət