Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ: 80 yaralı




Bu gün Türkiyənin Egey dənizi sahilindıki Bodrum əyalətində baş verən güclü zəlzələ nəticəsində 80 nəfərə yaxın sakin ağır xəsarət alıb və buna görə də həmin ərazidəki xəstəxanalardan birinə yerləşdiriliblər. 

Sherg.az "Lefigaro.fr"ə istindən xəbər verir ki, zəlzələ nəticəsində özünün binadan atan şəxslər də olub ki, onların sağlıq durumu daha ağırdır. 

Amerika geologiya instutunun yaydığı məlumata görə, zəlzələnin maqnitudası 6,7 bal gücündə olub. Zəlzələninin episentri isə Bodrumun cənub- şərqinin 10 kilometrliyini əhatə edib. 

Tərcümə etdi: Ayyət ƏHMƏD