“Güclüyük, ağıllıyıq və qorxmazıq”
21:25 05.04.2016
Arxiv
521
Keçmiş döyüşçü ordumuzun son zəfərini dəyərləndirdi
"Azərbaycan Ordusu qarşısına qoyduğu məqsədə artıqlaması ilə nail oldu”. Bunu aprelin 2-dən 5-nə kimi cəbhədə baş verən olaylarla bağlı "Şərq”ə danışan Qarabağ qazisi, "Boz qurd” batalyonunun komandiri Nurəddin Xoca deyib. Keçmiş döyüşçü bu anı çoxdan gözlədiklərini bildirib:
"23 ildir dözürdük, səbrimiz bir gün mütləq partlamalı idi. İndi situasiya elə gətirdi ki, beynəlxalq proseslərlə bizim istəyimiz üst-üstə düşdü. 3 gün ərzində Azərbaycanın güclü ordusunun nəyə qadir olduğunu hamıya göstərdik”. Qazi ölkə əhalisinin savaş ruhunun çox yüksək olduğunu da söyləyib: "Əslində belə də olmalıdır, millətimiz zəfərə ac idi, qələbə qazanmağa susamışdı. Qalibiyyəti görən xalqın önünü heç kim kəsə bilməz. Ümumiyyətlə, türk milləti savaşçı ruhludur. Bu xalq başıaşağı gəzmək istəmədiyini, torpaqlarının düşmən əlində qalmasına dözmədiyini təsdiqlədi. Əsas məsələ odur ki, illərlə bizə sırınmış "ay aman, ermənilərin arxasında rus ordusu var, nə bilim, Sərkisyanın müdafiəsi güclüdür” və s. kimi mifik söz-söhbət əsgərlərimiz tərəfindən darmadağın edildi. Məqsədyönlü şəkildə aparılan təbliğatı yerə sərdik. Sübut etdik ki, ən güclü qoşunların standartlarına malikik, güclüyük, ağıllıyıq və qorxmazıq. Əgər kənardan "barmaq” olmasa, Azərbaycanın cəsur əsgərlərinin qarşısında heç bir düşmən qüvvəsi dayana bilməz. Çünki xalqımız öz torpağı, namusu uğrunda vuruşan və canından keçməyi bacaran ən şərəfli millətlərdəndir. Biz döyüşməyi və qalib gəlməyi bacarırıq”. N.Xoca deyib ki, biz hər zaman sülh tərəfdarı olmuşuq, atəşkəsi qorumuşuq: "Amma ermənilər ömür boyu biqeyrət olublar. Biqeyrət toplumdan sülhə, sazişə sadiqlik gözləmək əbəsdir. Əgər ermənilər bizimlə birgə yaşamaq istəyirlərsə, qanunlarımıza uysunlar, yox əgər istəmirlərsə, onda cənab Ali Baş Komandanın da dediyi kimi, rədd olub torpaqlarımızdan getsinlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya