Gülənə ölüm cəzası tətbiq oluna bilər- TƏCİLİ




Türkiyədə ölüm cəzasını bərpası Fətullah Gülənə tətbiq edilə bilər.

Bu barədə Sherg.az-ın "Donald Tramp Fəthullah Güləni Türkiyəyə qaytaracaqmı?" sualını cavablandırarkən analitik Arzu Nağıyev bildirib. 

Ekspert qeyd edib ki, sözügedən məsələ Türkiyə və ABŞ prezidentlərinin görüşündə müzakirə olunacaq mövzular sırasındadır: 

"Görüş yanvar ayında, Trampın prezident səlahiyyətlərinin icrasına başlayandan sonra baş tuta bilər. Tramp prezidentliyə namizəd olduğu müddətdə bir çox bəyanatları ilə yadda qaldı. Lakin indi onun ABŞ qanunlarına və beynəlxalq konvensiyalara uyğun siyasət aparacağı istisna deyil. Bu mənada rəsmi görüşdə Türkiyəyə qarşı hərbi çevriliş cəhdi vəbu cəhddə günahlandırılan Fətullah Gülənin ekstradisiyasının müzakirəsi gözlənilir. Şübhəsiz ki, hüquqşünaslar FETÖ liderinin çevrilişdə təqsiri olduğunu sübut edərsə, onun cəzası və ekstradisiyası normalara uyğun aparılacaq. Eyni zamanda Türkiyə qanunvericilikdə ölüm cəzasını yenidən bərpa etmək fikrindədir. Bu səbəbdən Türkiyəyə qaytarılarsa, F. Gülənin ölüm cəzasına məhkum olunacağı gözlənilə bilər”.

Qeyd edək ki, bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın yeni prezidenti Donald Trampın görüşü gözlənilir. Danışıqlar çərçivəsində FETÖ lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının müzakirə olunması ehtimal olunur.

Ayyət Əhməd