Gülər Əhmədovanın 27 min dolları: Bir tək onun başına gəldi bu?
10:27 24.10.2016
Arxiv
432
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov sabiq deputat Gülər Əhmədovanın ləğv edilmiş "Bank Standard”da qarşıladşığı problemlə bağlı açıqlama verib.
modern.az-ın məlumatına görə, A.Cavadov deyib ki, "Əmanətlərin sığortalanması haqqında” qanunun 27- ci maddəsinə əsasən əmanətlər sığorta hadisəsi baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.
O qeyd edib ki, deyilənlər absurddur:
"Qanun var, belə şey ola bilməz. Biz hər gün nə qədər əmanətçinin əmanətini qaytarırıq. Belə problem də heç kimin başına gəlməyib. Bir tək Gülər Əhmədovanınmı başına gəldi bu?
Nəzərinizə çatdırım ki, "Bank Standard” da sığorta hadisəsi oktyabrın 4-də baş verib. Həmin gün məzənnə 1.6138 olub. Necə ola bilər ki, 0,78 məzənnəsi ilə qaytarılsın.
Gülər Əhmədova özü deputat olduğu dövrdə, həmçinin Vahid Əhmədov da bu qanuna səs veriblər”.
A.Cavadov qanunu pozmağa heç kimin hüququ olmadığını vurğulayıb:
"Qanunu açıb oxumaq lazımdır, onun maddəsini kim poza bilər ki? Mən bu problem mətbutada işıqlandırılandan sonra Vahid Əhmədovun özü ilə də danışdım. Ola bilər ki, jurnalistlər yanlış başa düşüb. Millət vəkili özü səs verdiyi qanunla bağlı belə bir şey deyə bilməz”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən həftə keçirilən iclasında deputat Vahid Əhmədov keçmiş həmkarı Gülər Əhmədovanın problemlər qarşılaşdığını qeyd edib. O bildirib ki, G.Əhmədovaya ləğv edilmiş "Bank Standard”a qoyduğu 27 min ABŞ dolları məbləğindəki depoziti 0,78 məzənnəsi ilə qaytarmaq istəyirlər. Nəticədə ona 27 min ABŞ dolları yox, 16-17 min dollar təklif edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm