Gülüstan Əliyeva meyxanaçı Samirəyə cavab vermək istəmədi

“Mənim adımla kimsə reklam olunmaq istəyirsə, buna imkan vermərəm”



Əməkdar artist Gülüstan Əliyeva ilə meyxanaçı Samirə Yusifqızı arasında qalmaqal yaşanıb.
S.Yusifqızı Əməkdar artisti yalan danışmaqda suçlayıb. Meyxanaçı G.Əliyevanın səsləndirdiyi və gündəmə gətirdiyi "Ay nənə” mahnısını ilk özünün oxuduğunu deyib:

"Gülüstan Əliyeva mənim haqqıma girib. Ondan bunu gözləməzdim. Həmin mahnını o ərsəyə
gətirməmişdi. 1996-cı ildə mahnı gündəmə gələndə, Gülüstan Əliyeva sənətdə heç yox idi.
Danışmıram, o da əlinə bayraq alıb "birinciyəm” deməsin. Bu mənim haqqımdı, niyə yalan
danışırsan? Çox atdanıb-düşürdü ki, Samirənin saçlarını yolacam. İndi gəlib sübut etsin, görək
kim yalan danışır”.

Məsələyə münasibət öyrənmək üçün Əməkdar artistlə əlaqə yaratdıq. Gülüstan Əliyeva "Şərq”ə
açıqlamasında "Mən Bakıda deyiləm. Nə baş verdiyini də bilmirəm. Sizin dediklərinizdən başqa
Samirə xanımın nə dediyindən də xəbərsizəm. Sadəcə mənim adımla kimsə reklam olunmaq
istəyirsə, buna imkan vermərəm. Bilirsiz, hərənin öz səviyyəsi var. Mən sənətimlə məşğul olaninsanam. Məni qalmaqallarda bu günə qədər görməmisiz, inşallah, bu gündən sonra da
göməyəcəksiz. Qaldı Samirəyə, yəqin deyişmələri ilə artıq diqqət çəkə bilmir deyə, indi də
sənətdə olan insanların bostanına daş atmağa çalışır. Bizim sənətimiz o qədər dərin və ciddi
sənətdi ki, bu daşlar gəlib ora düşə bilmir. Yaxşı olar ki, Samirə xanım öz həmkarları ilə
qalmaqallar yaratsın, əminəm onda daha uğurlu alınar. Çünki öz sənətinə uyğun biri ilə intriqa,
qalmaqalı anlamaq olar. Mənə mənim sənətimə uyğun, yaradıcılığıma yaxın insan söz desəydi,
bəlkə də təsir edərdi, reaksiya göstərərdim. Belə mənasız söz-söhbətlərə cavab verməyə inanın
ki, vaxtım olmur” söylədi.

Tahirə