Gündə 20 ədəd enerji içkisi içirdi

Qaraciyəri sıradan çıxdı
26 yaşlı qadın 4 il boyunca gündə 20 qutu enerji içkisi içdi və sonunda şiddətli ağrıyla xəstəxanaya çatdırıldı. Həkimlər sərxoş olduğunu zənn etdi.
Mary Allwood adlı qadın, 44 kilo çəkidən 52 kq. çatdı. "Daily Mail”də nəşr olunan xəbərə görə, qadın şiddətli ağrıyla xəstəxanaya getdiyi zaman qaraciyərinin çox ciddi ziyan gördüyü ortaya çıxdı. Həkimlər, rentgen zamanı qaraciyərinin lazım olandan 2 dəfə böyük olduğunu görüncə qadının spirtli olduğunu düşündü. Mary, spirtə qarşı olduğunu, ancaq enerji içkisi asılısı olduğunu söyləyincə vəziyyət ortaya çıxdı. İçkilərdəki yüksək şəkər nisbəti, qaraciyərin yağlanılmasına səbəb ola bilir. Mary, ayda 2,300 pounddan çox xərclədiyi enerji içkilərini evdə qəbul edirdi. Gənc qadın vəziyyətini "İlk əvvəl enerji verirdi, ancaq zamanla heç bir təsiri olmadı. Yalnız istəyirdim, ehtiyacım vardı. Verdiyi zərər vecimə belə deyildi. İlkini üç qurtumda bitirir, ikincisini yavaş- yavaş içirdim.” sözləriylə açıqladı. 3 yaşında bir qızı olan Mary, qaraciyərindəki problemdən sonra enerji içkisi vərdişini suyla dəyişdirdi. İlk ayda sancı keçirməsinə baxmayaraq, gənc qadın sonunda yaxşılaşmağa başlayıb.