Günəş şüaları altında dayanmaq olmaz ! - XƏBƏRDARLIQ




"Günorta saat 2 və 4 arasında günəş şüaları altında dayanmamaq lazımdır". 

Bunu Sherg.az-a günəş şüalarının insanların dərisində yaratdığı fəsadlardan danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 

O bildirib ki, ultra bənövşəyi şüalara qarşı dərinin müxtəlif yanıqları, fərqli reaksiyaları ola bilər:

"Günəş şüalarının birbaşa yayıldığı vaxtda gün altda dayanmaq dəridə fəsadlara gətirib çıxara bilər. Ekspozisiya müddəti, günəş şüalarının dəriyə təması bu müddətdə dəriyə təsiri nə qədər çoxdursa, fəsadları da çox olacaq. Bununla bərabər, günvurma və istivurma hadisələri baş verir. Günəş şüalarının birbaşa düşdüyü müddət ərzində gün altında mümkün qədər az dayanmaq lazımdır ki, fəsadlar törətməsin. Bununla bərabər, günəş vannaları qəbul olunarkən mütləq qoruyucu kremlər istifadə edilməlidir".

Aysel Aslan