Gürcüstan islahatının nümunəsi...
20:36 13.11.2017
Arxiv
478
“Azərbaycanda ən böyük islahat kommunal sektorda aparılmalıdır”
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkənin hökumət strukturlarında aparılan islahatlar barədə danışıb. Baş nazir bildirib ki, Gürcüstanda ümumilikdə 18 nazirlikdən 5-i ləğv olunub, iqtisadiyyat və energetika nazirlikləri, o cümlədən mədəniyyət və idman nazirlikləri birləşdirilib. Kvirikaşvilinin sözlərinə gorə, kadr islahatları hüquq-mühafizə və prokurorluq orqanlarında da aparılacaq. Xatırladaq ki, Azərbaycanda da 2013-cü ildən başlayaraq dövlət idarəetmə xərclərinin optimallaşdırılması və idarəetmədə struktur islahatları geniş şəkildə həyata keçirilməyə başlanılıb.
Son 4 ildə bir neçə nazirlik, dövlət komitəsi və ya komissiyası ləğv edilib və ya birləşdirilib. Lakin mütəxəssislər bunun yetərli olmadığını, ixtisarlaşdırma prosesinin davam etməsini arzulayırlar. Məlumat üçün deyək ki, Nazirlər Kabinetinin strukturuna 19 nazirlik, 9 dövlət komitəsi, 2 dövlət administrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir. Kabinetin tərkibində müxtəlif adlarla yer alan mərkəzi icra strukturlarının sayı 35-ə çatır. Onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir. Azərbaycanda dövlət nazirliklərinin sayı hətta Avropa ölkələri ilə müqayisədə belə çoxdur. Məsələn, dövlət nazirliklərinin sayı İtaliyada 14, Almaniya və Belçikada 12, İspaniyada isə 9-dur. ABŞ-da nazirlik səviyyəsində sadəcə 11 federal hökumət qurumu fəaliyyət göstərir.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən "Konstitusiya” Araşdırmalar Fondunun eksperti, hüquqşünas Zaur İbrahimli xatırladıb ki, Gürcüstanda vaxtı ilə Mixail Saakaşvilinin həyata keçirdiyi islahatlar faktiki olaraq dövlət idarəetməsi və iqtisadiyyatın idarəlunması sistemini əhatə etdi. İslahatlardan sonra dövlət strukturunda 53 idarədən 34-ü qaldı:
"Ümumi dövlət qulluqçularının sayı 2 dəfə azaldıldı, dövlət qulluğunda çalışanların aldığı əməkhaqqı 15 dəfə artırıldı. Hüquq-mühafizə orqanları, məhkəmə sistemi, əhalinin sosial müdafiəsi, əmək qanunvericiliyi sistemində miqyaslı və dərin islahatlar aparıldı. 2010-cu ildə Dünya Bankı Gürcüstanı 2005-2010-cu ilər üzrə "1 nömrəli islahatçı ölkə” adlandırdı. Ancaq 2012-ci ildə Saakaşvilinin hakimiyyətdən getməsindən sonra islahatlar prosesi əvvəlki dinamikasını itirdi. İndi yenidən islahatlara ehtiyac yaranıb. "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Gürcüstan 8 pillə geriləyərək 59-cu yerdən 65-ci yedə düşüb”.
Azərbaycanda aparılan struktur islahatları barədə isə ekspert bunları deyib: "Nazirlər Kabinetinin yeni strukturunun təsdqilənməsi, Nəqliyyat Nazirliyinin və digər nazirliklərin tabeliyində olan çoxsaylı müəssisə və idarələrin ləğv olunmasının şahidi olduq. Hazırda Azərbaycanda 18 nazirlik, 9 dövlət komitəsi, 8 agentlik, 2 palata fəaliyyət göstərir. Şübhəsiz ki, struktur islahatları üçün perspektiv açıq qalır. Amma biz bu islahatlara yalnız dövlət qurumlarının ləğvi kimi baxa bilmərik. İslahatlar üçün əsas meyar nəticələr və səmərəlilik olmalıdır.
Nümunə kimi Satınalmalar üzrə Dövlət Agentliyinin ayrıca qurum kimi ləğv edilməsi və İqtisadiyyat Nazirliyinə verilməsini qeyd etmək olar. İndi biz təhlil etməliyik ki, bu, nəyi dəyişdi? Satınalmalarda şəffaflıq və hesabatlılıq artdımı, satınalmalara çəkilən xərclər azaldımı, dövlət vəsaitlərinə nə qədər qənaət olundu? Başqa bir məsələ nazirliklərin, dövlət qurumlarının həm tənzimləyici, həm də təsərrüfat fəaliyyətlərini həyata keçirməsidir. Bu isə bəzi korrupsiya hallarına və dövlət vəsaitlərinin izafi xərclənməsinə yol açır. Hesab edirəm ki, ən böyük islahat kommunal sektorda aparılmalı və təchizat məsələsi özəl sektora həvalə olunmalıdır. Bu məsələ "Strateji Yol Xəritə”lərində də əks olunub.
Ümumiyyətlə, özəl və sosial sektorda əhaliyə xidmət göstərilməsi, səhiyyə və digər infrastruktur layihələrinin həyata keçirilməsi çox mühümdür. Azərbaycanda növbəti böyük özəlləşməyə ciddi ehtiyac var”. Mütəxəssis bildirib ki, konkret qurumların ləğv olunması, yaxud birləşdirilməsi ciddi təhlillər əsasında aparılmalıdır: "Bu cür qərarların qəbulu ölkənin inkişaf prioritetləri çərçivəsində, Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlər nəzərə alınmaqla qəbul edilməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə