Gürcüstan turizmdən asılı ölkədir
03:28 28.04.2021
Arxiv
528
Pandemiyaya görə səfərlər azaldı, ona görə lari dəyərdən düşür
Gürcüstan Milli Bankı ABŞ dollarının məzənnəsini 3,4534 lariyə bərabər müəyyən edib ki, bu da ötən il martın 27-dən bəri ən yüksək həddir. Həmin tarixdə qonşu ölkədə Amerika valyutasının məzənnəsi 3,4842 lariyə bərabər olub. Gürcüstanın Maliyyə naziri Laşa Xutsişvili bildirib ki, larinin dəyərdən düşməsi əsasən qonşu Türkiyənin milli valyutası - lirənin ucuzlaşması ilə bağlıdır: "Türkiyədə bir gündə lirə 15-16 faiz ucuzlaşıb. Bu, Gürcüstana təsirsiz ötüşə bilməz. Milli Bank inflyasiyanın hədəf həddinə yaxın olması üçün qiymət sabitliyinə yönəlmiş fəal iş aparır”.
Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, gürcü larisinin dəyərdən düşməsinin bir çox səbəbləri var. İqtisadçı qeyd edib ki, səbəblər arasında təbii ki, qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsinin təsiri də var:
"Larinin və türk lirəsinin dəyərdən düşməsinin həm psixoloji, həm də iqtisadi təsirləri mövcuddur. Bildiyimiz kimi, Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biri Türkiyədir. Amma təbii ki, larinin dəyərdən düşməsinin əsas səbəbi lirənin ucuzlaşması deyil. Qeyd edim ki, Gürcüstanın turizmdən çox ciddi asılılığı var idi. Valyuta gəlirlərinin böyük əksəriyyətini məhz turizm gəlirləri, turizm valyutası təşkil edirdi".
İqtisadçı-ekspert vurğulayıb ki, turizm sektorunun bütün dünyada tamamilə sıradan çıxması həmin ölkələrə daxil olan valyutanın həcminin bir neçə dəfə azalmasına səbəb olub:
"Bir ildən çoxdur ki, sərhədlər qapalıdır. Turizm sektorunun həm bütün dünyada, həmçinin Gürcüstanda tamamilə sıradan çıxması bu ölkəyə daxil olan valyutanın həcminin bir neçə dəfə azalmasına səbəb olur. Ancaq ölkənin valyuta ehtiyacı var. Çünki Gürcüstan bir çox hallarda idxaldan asılı ölkədir. Ona görə də idxala valyutanın lazım olması və ölkəyə daxil olan valyutanın həcminin kəskin azalması larinin ucuzlaşmasına əsas səbəbdir. Gürcüstan larisinin dəyərdən düşməsinin əsas səbəbi xaricilərin, yəni turistlərin ölkəyə gətirdiyi valyutanın dəfələrlə azalmasıdır. Pandemiyadan öncəki ildə, yəni 2019-cu ildə Gürcüstan ərazisində təqribən 3,5-4 milyard dollara yaxın turistlər pul xərcləmişdilər. Bu da larinin məzənnəsində mühüm rol oynayıb. İndi o vəsait yoxdur və dəfələrlə azalıb. Bu da larinin dəyərdən düşməsində mühüm rol oynayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO
14:43 25.07.2026
Hadisə
Rusiyanın PUA hücumu nəticəsində Sumıda 3 nəfər öldü
14:29 25.07.2026
Dünya