Gürcüstan vətəndaşı olmaq istəyənlərin sayı çoxalıb
07:57 25.10.2018
Arxiv
674
Avropa İttifaqı bundan narahat olduğuna görə Tiflis qanunu sərtləşdirdi
Gürcüstan hökuməti vətəndaşlıq almaq istəyən xarici vətəndaşlar üçün şərtləri sərtləşdirməyi qərara alıb. Bununla əlaqədar olaraq "Əcnəbilərin hüquqi vəziyyəti və vətəndaşlığı olmayan şəxslər haqqında” qanuna dəyişikliklər olunacaq. Deyilənə görə, "Vahid Milli Hərəkat” Partiyasının hazırladığı qanun layihəsi Gürcüstan parlamentinin siyasi iqtisadiyyat komitəsində birinci oxunuşda müzakirə olunub və dəstəklənib.
Qanuna təklif olunan dəyişikliklərə əsasən, ölkədə iş icazəsi və daimi yaşayış yerinin əldə edilməsi, habelə qeyri-qanuni miqrasiyaya aid şərtlərin sərtləşdirilməsi nəzərdə tutulur. Parlamentdən bildiriblər ki, qanun layihəsi qəbul edildikdən sonra Gürcüstanda 6 il müddətinə müvəqqəti yaşayışa verilmiş icazə daimi yaşayış üçün kifayət etməyəcək. Əlavə tələblər olaraq əcnəbilərin dövlət dilini bilməsi zəruri hesab ediləcək. Həmçinin, əcnəbilər Gürcüstana 200 min ABŞ dolları həcmində investisiya yatırmalı və ya əcnəbilərin əmlakı olmalıdır.
Məsələni "Şərq”ə dəyərləndirən "Konstitusiya” Araşdırmalar Fondunun eksperti, hüquqşünas Zaur İbrahimli deyib ki, Gürcüstanda 2013-cü ildə baş tutan "məxməri inqilab”dan sonra prezident Saakaşvilinin təşəbbüsü ilə faktiki olaraq, "açıq qapılar” siyasəti yürüdülürdü. Bu siyasətin əsas qayəsi, ölkəyə daha çox investor, kapital və turist cəlb etmək idi:
"Saakaşvili komandası Gürcüstanda güzəştli biznes qurulması, investisiya qoyulması üçün çox güzəştlər tətbiq edirdilər. Eyni zamanda Gürcüstan birtərəfli qaydada mümkün qədər çox ölkə ilə viza sistemini ləğv edirdi. Ölkədə müvəqqəti və ya daimi yaşamaq və vətəndaşlıq almaq şərtləri də çox yumşaldıldı. Gömrük və sərhəd-keçid proseduru maksimum sadələşdirildi”.
Ekspert bildirib ki, Gürcüstanın Avropa İttifaqı ilə vizasız gediş-gəliş sazişi imzalanmasından sonra Brüsselin təkidi ilə prosedurların yenidən nəzərdən keçirilməsinə başlanılıb:
"Avropa İttifaqı ölkələrinə vizasız getmək hüququ Gürcüstan vətəndaşlığı almaq istəyənlərin sayını artırıb. Avropa İttifaqı bunu problem kimi dəyərləndirib. Digər məqam isə ölkə daxilində bir çox əcnəbilərin müxtəlif yollarla vətəndaşlıq alaraq əmlak, torpaq mülkiyyətçisi olması ilə bağlıdır. Xüsusən, ərəb ölkələrindən iş adamlarının buna can atması narahatlıq yaradıb. Narahatlıq onunla bağlıdır ki, bu şəxslər investor kimi deyil, tamamən fərqli və başqa məqsədlərlə Gürcüstan vətəndaşlığı almağa çalışırlar. Qeyd etdiyimiz kimi, həm Avropa İttifaqının tövsiyələri, həm də təhlükəsizlik amili bu məsələlərə yenidən baxılmasını şərtləndirib”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT Rusiya-Ukrayna danışıqları ilə bağlı səyləri dəstəkləyib
01:44 07.09.2026
Gündəm
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə