İnfantino yenə prezident olmaq istəyir

FİFA prezidenti Canni İnfantino 2027-ci ilin martında keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürəcək.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Rob Harris təşkilatdakı mənbəyə istinadən X sosial şəbəkəsində məlumat paylaşıb.

"FİFA Canni İnfantinonun yenidən seçkilərdə iştirak edəcəyini təsdiqləyib. Bu, Dünya Kuboku hüquqları qalmaqalından bəri, FİFA-nın bunu ilk dəfə açıq şəkildə elan etməsidir", - o bildirib.

Qeyd edək ki, FİFA prezidenti seçkiləri 2027-ci ilin martında Rabatda keçiriləcək.