Gürcüstanda aşkar olunan koronavirusun Azərbaycandan gətirilmədiyi təsdiqləndi
14:42 24.03.2020
Arxiv
556
Mart ayının 23-dən etibarən Gürcüstan hökuməti Marneuli və Bolnisidə karantin rejimi tətbiq edib. Qərar koronavirusa yoluxmuş Marneuli sakini bir qadının ağır vəziyyətdə Tbilisiyə çatdırılmasından sonra verilib.
Mütəxəssislər yoluxmanın Azərbaycandan gələn qonaqlar da daxil olmaqla, bir neçə yüz adamın qatıldığı yas mərasimində baş verdiyini düşünür.
Məsələ ilə bağlı Oxu.Az-a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, virusun Azərbaycandan gələn qonaqların birindən keçməsi ehtimalı təsdiqini tapmayıb:
“Koronavirusa yoluxmuş şəxs əslən azərbaycanlı olan Gürcüstan vətəndaşıdır. Bir müddət əvvəl həmin ailənin Azərbaycandan qonaq qəbul etməsi barədə məlumat yayıldı. İddia edilirdi ki, yoluxma məhz Azərbaycandan gələn şəxs vasitəsilə baş verib. Lakin müvafiq analizlər Azərbaycandan gələn şəxsdə koronavirus olmadığını sübut etdi.
Yoluxma ölkə daxilində baş vermişdi. Virus aşkarlandığı üçün qadın və təmasda olduğu ailə üzvləri, eləcə də, Azərbaycandan gələn bacısı nəzarətə götürülüb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə