Gürcüstanda polislə yerli əhali arasında TOQQUŞMA - Yaralananlar var
11:50 21.04.2019
Arxiv
477
Gürcüstanda Pankisi dərəsində etiraz aksiyası keçirilir. bələdiyyəsinin ərazisində Alazan çayı üzərində Su Elektrik Stansiyasının (SES) tikintisinə etiraz edir.
Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib, yaralananlar var. Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) asayişi bərpa etmək üçün hadisə yerinə əlavə polis əməkdaşları cəlb olunacağını açıqlayıb.
Yerli sakinlər Gürcüstan daxili işlər nazirinin müavini Kaxa Sabanadze görüşüb. Görüşdə yerli əhalinin bir neçə təmsilçisi ilə müzakirə aparılması təklif olunub və danışıqlar başa çatana qədər SES-in tikintisinin dayandırılacağı vəd edilib. Telavidə hakimiyyət nümayəndələri ilə danışıqlar başlanıb.
Qeyd edək ki, Alazan çayı üzərində 5,4 meqavat gücündə "Xadori 3” SES-in tikintisi planlaşdırılır. Tikinti işlərinə 2018-ci ildə başlanmalı olsa da, o zaman yerli əhali SES-in bölgə üçün ciddi ekoloji təhlükə mənbəyi olacağını əsas gətirərək, tikintinin qarşısını alıb. Hökumət həmin ərazidə ekspertiza apardıqdan sonra SES-in tikintisinin ətraf mühit və Birkiani kəndinin əhalisi üçün təhlükə yaratmayacağını bildirib. "Alazeni Enerji” və "Peri” şirkətləri aprelin 21-də tikintiyə başlamaq üçün əraziyə texnika gətirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region