
Güzəştli mənzillərin onlayn satışı 38-40 saniyəyə başa çatıb - Şübhə doğurur !
14:04 01.05.2019
Arxiv
992
Güzəştli mənzillərin onlayn satışı başa çatıb. Onlayn sistemdə hər hansı bir problemin yaşanmadığı bildirilir. Satış zamanı 154 mənzilin seçimində iştirak edənlərin sayı 4.624 nəfər olub. Bu isə güzəştli mənzillərə vətəndaşların tələbatının və marağının yüksək olduğunun göstəricisidir.
Məlumata görə satışda ilk seçim 4-5 saniyə çəkib. 38-40 saniyə ərzində isə bütün mənzil seçimi başa çatıb. Təbii ki, onlayn satış ən şəffaf və insan müdaxiləsinə imkan verməyən uğurlu variantdır.
40 saniyədə bütün mənzil satışının həyata keçirməsinin mümkün olduğunu deyən daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov "Sherg.az”a bildirib ki, bu dəfəki satış zamanı mənzillərin sayı da az olub:

"Sonuncu dəfə 154 mənzil təqdim olunub. Artıq insanlar onlayn satışlarda müəyyən qədər təcrübə toplayıblar. Onlar bilirlər ki, mənzili tez əldə etmək üçün necə hərəkət etmək lazımdır. Eyni zamanda onlayn sistem əvvəlkilərdən fərqli olaraq xeyli təkmilləşdirilib.
Əvvəllər 10 nəfər eyni vaxtda düyməni basanda sistemdə pozuntu qeydə alınırdı. Lakin indi bir dəfəyə 100 nəfər düyməni sıxanda problem yaranmır. Bu kimi hallar imkan verir ki, qısa zamanda sosial mənzillərin satışı həyata keçirilsin”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol