Hacıqabulda nişanlı qız özünü asdı

İntiharın səbəbləri hələlik məlum deyil




Hacıqabul rayonunda 19 yaşlı qız intihar edib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dünən saat 14 radələrində rayonun S. Almazov küçəsi 41 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Ağayeva Kifayət Vadar qızı yaşadıqların evin həyətindəki yardımçı tikilidə asılmış vəziyyətdə tapılıb.
Yaxınlarının bildirdiyinə görə, K. Ağayeva nişanlı olub. İntiharın səbəbləri hələlik məlum deyil.