Hakim Mehman Hüseynova xəbərdarlıq etdi
12:29 03.11.2017
Arxiv
592
Hakim Mehman Hüseynova xəbərdarlıq etdi
Video-bloqqer Mehman Hüseynovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə vəkillər M.Hüseynovun şüşə qəfəsdən çıxarılması, onun barəsində həbs-qətimkan tədbirinin ləğv edilərək azadlığa buraxılması və məhkəmənin qismən istintaqla aparılması barədə vəsatət veriblər.
Sonuncu vəsatət təmin edilib, digərləri təmin edilməyib.
M.Hüseynovun şüşə qəfəsdəki davranışlarına görə hakim ona xəbərdarlıq edib.
M.Hüseynov özünü təqsirli bilmədiyini deyib. Ona sərbəst ifadə vermək təklif edilib. O deyib ki, ittihamçı Musa Musayevi görməyib.
Vəkil Fuad Ağayev polis rəisi Musa Musayevin məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatət verib.
Prosesdə noyabrın 10-na kimi fasilə elan edilib.
Qeyd edək ki, M.Hüseynov yanvarın 9-da saxlanılıb və məhkəmə qərarı ilə polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 200 manat cərimə edilib. Sərbəst buraxıldıqdan sonra o, saxlanılarkən işgəncələrə məruz qalması barədə müsahibə verib. Bu zaman səsləndirdiyi fikirlərə görə M.Musayev onun böhtan atdığını (Maddə 147.2: Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma- iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə) iddia edib və M.Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib. Suraxanı rayon məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət