Hakimlərin namizədliyi təsdiqləndi





Parlamentin bu gün keçirilən növbədənkənar iclasında müxtəlif məhkəmə instansiyalarına hakimlərin təyinatı ilə bağlı məsələyə baxılıb.

Sherg.az bildirir ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə daxil olan məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. 

Sənədə görə, hakimlər Akif Əsgər oğlu İsgəndərov, Əhməd Güləhməd oğlu Nurməmmədov, Mehparə Tofiq qızı Əhmədova və Rahib Sahib oğlu Nəbizadənin Ali Məhkəmə hakimliyinə namizədliyi irəli sürülüb. 

Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşanə Vəliyevanın vəzifəsindən azad edilərək iyulun 28-dən etibarən Ali Məhkəməyə hakim təyin edilməsi təklif olunub.

Kəpəz rayon məhkəməsinin hakimi Nuru Nadir oğlu Quliyev və Tovuz rayon məhkəməsinin hakimi Ədil İsa oğlu Məmmədov Gəncə Apellyasiya Məhkəməsinə, Quba rayon Məhkəməsinin hakimi Elman Məmməd oğlu Əhmədov və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur İkram oğlu Məmmədov isə Sumqayıt şəhər Apellyasiya Məhkəməsinə hakimliyə təqdim olunublar. Səsvermə ilə məsələ qəbul olunub.