Halal olsun: 150 qadın əsgərlər üçün tər tökür

Bununla onlar vətəni müdafiə edən hərbçilərin yanında olduqlarını göstərməyə çalışır
 Türkiyənin Tokatlı bölgəsinin qadınları, sərhəd bölgəsində vəzifə yerinə yetirən əsgərlər üçün boyunluq, şərf və beret hörür. Sherg.az türk mediasına istinadən xəbər verir ki, Mədəniyyət və Sənət Mərkəzində çalışan 150 qadın bununla sərhəd bölgəsində vətəni müdafiə edən əsgərlərin yanında olduqlarını göstərməyə çalışır.
Tokatlı Bələdiyyə Başçısı Eyüp Eroğlu, mərkəzdəki qadınları ziyarət edərək onlarla söhbət edib. Qadınların mehmetciyə dəstək olmaq üçün toplandığını ifadə edən Eroğlu, bunları söyləyib:
- Bu Tokatlı 150 qadının "halal olsun” qazandığı bir hərəkətdir. Biz türk millətiyik. Hər zaman bayrağımız, vətənimiz, kitabımız, müqəddəslərimiz qiymətlidir. Kimlər əl uzatsa, o əllərin qırılmasını da bilirik. Dövlətimiz güclüdür, əsgərlərimizin heç bir şeyə ehtiyacı yoxdur, amma əsgərimizin isti bir dua, xalalarımızın əllərindən çıxan belə hədiyyələrə ehtiyacı var. Bu mənada qadınlardan gələn tələbi nəzərə alaraq yenə bu işə başladıq.
Turan