Hamı bu ölkəyə getmək istəyir - Dünyanın ən xoşbəxt ölkəsi
12:33 04.06.2017
Arxiv
2215
Birləşmişmiş Millətlər Təşkilatının(BMT) rəyinə əsasən Norveç dünyanın ən xoşbəxt ölkəsi seçilib. Bu xoşbəxtliyi səciyyələndirən amillər isə zənginlik, təhlükəsizlik, cəmiyyətdəki ruh və düşüncə yükəskliyi, sakitlik və aydın həyat tərzidir.
Sherg.az "Lemonde.fr" agentliynə məxsus "Courrierinternational.com" saytına istinadən xəbər veri ki, ki, BMT-nin rəyində o da bildirilir ki,bu il Norveç Danimarka, İsveçrə və İslandiyanı geridə qoyaraq liderlik əldə edib. Norveçdəki həyat səviyyəsi, insanların sağlamlığına göstərilən diqqət və qayğı, arzuolunan idarəçilik, azadlıq mühiti və insanlar arasındakı alicənablıq digər 3 ölkədən önə keçib.
Həyat səviyyəsi yüksəlib
Öncə qeyd edək ki, norveçlilər çox zəngindirlər. İqtiadi inkişafı müşahidə etmək və ya anlamaq üçün ekspertə ehtiyac yoxdur. Bu, aydınca sezilir. Artıq 40-50 ildir ki, onlar Şimal dənizindən neft yataqları kəşf edirlər. Amma ölkənin iqtisadi gəlirləri bununla da bitmir. Qeyri-neft sektorundan gələn gəlir də ölkə iqtisadiyyatının inkişafına güclü təkan verir.
İnsanlar özünü təhlükəsiz hiss edir
Norveç vətəndaşları uzun ömürlülükləri ilə fərqlənirlər. Burada pensiyaya çıxma müddəti 67 yaşdır. Üstəgəl, norveçlilər ürəkaçan sosial təhlüksəziliklə, pulsuz ali və orta təhsillə, uzunmüddətli valideynlik məzuniyyəti ilə təmin olunublar. Bütün bunlar onların sosial təhlükəsizliyini yaxşı mənada təmin edir.
Ölkənin iqlimi
Norveçin iqlimi elə də yaxşı deyil. Tədqiqatçıların məlumatına görə, burada soyuq çox, isti isə az olur. Amma bu ölkə vətəndaşları belə hava şəratindən razıdırlar. Onlar artıq belə hava şəraitinə öyrəşiblər. Həm də hava soyuq olsa da atmosferin təmizliyi bu ölkə vətəndaşlarını razı salır.
Cəmiyyətə inteqrasiya
Ümumiyyətlə, norveçlilər tez-tez mənzil dəyişməyə meylli deyillər. Onlar daha çox böyüyüb, boya-başa çatdıqları məkanlarda qalmağı xoşlayırlar. Yəni ailə üzvləri ilə qaynayıb qarışırlar. Bu da onlara bir rahatlıq gətirir. Belə olan halda isə onların digər insanlara da münasibəti xoşagələn olur.
Qeyd edək ki, Norveç Krallığı, Norveç (Norveç dilində Kongeriket Norge (bokmål); Kongeriket Noreg (nynorsk)) – Şimalı Avropada ,Skandinaviya yarımadasının qərb hissəsində və ona yaxın adalarda yerləşən dövlət. Ölkənin adı qədim skandinav dillərində Norðrvegr — "şimala yol" deməkdir.
Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır.
Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır. Bu saziş Yan Mayen adasına şamil edilmir. Cənubi Atlantik Okeanında yerləşən Buve və I Pyotr adaları da Norveçin tabeliyindədir. Bununla belə bu adalar krallığa məxsus deyildir. Norveçin Antraktidadakı "Şahzadə Mod Torpaqları"na da ərazi iddiları vardır. Həmin adada Norveçin "Troll" tədqiqat stansiyası yerləşir.
Norveç 2001-ci ildən etibarən hər il insan inkişafı göstəricisinə görə birinci yeri tutur. Rəy sorğularına görə, ölkə həmçinin dünyanın ən sakit və sülhsevər ölkəsi hesab edilib.
Tərcümə etdi: Ayyət ƏHMƏD
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ov mövsümü açılır
17:38 19.12.2025
Cəmiyyət
Meyxanaçı Kərimin dəfn yeri açıqlandı - YENİLƏNDİ
17:19 19.12.2025
Mədəniyyət
"Fənərbağça" ulduz futbolçu ilə güclənəcək
16:34 19.12.2025
Futbol
İran səfiri İsveç XİN-ə çağırılıb
16:34 19.12.2025
Dünya
Meyxanaçı Ağakərim vəfat edib
16:31 19.12.2025
Mədəniyyət
İran heç bir ölkədə olmayan nüvə silahı yaratmaq istəyib - “Ynet”
15:51 19.12.2025
Dünya
Rusiya lideri: Artıq münaqişə istəmirik, sülhə hazırıq
15:44 19.12.2025
Dünya
İŞİD-ə qoşulmaq istəyirdi, DTX həbsə göndərdi
14:59 19.12.2025
Hadisə
Makron: “Putinlə görüşməli olacağıq”
14:50 19.12.2025
Dünya
Beyləqanda azyaşlı quyuya düşərək ölüb
14:45 19.12.2025
Hadisə
Fatih Ürek yaşam mücadiləsi verir: Meneceri açıqladı
14:11 19.12.2025
Şou
Ukrayna üçün razılıq əldə olundu: 90 milyard avro ayrılacaq
14:00 19.12.2025
Dünya
Sahibə Qafarova Milli Məclisin növbəti iclasının tarixini açıqladı
13:55 19.12.2025
Gündəm
20 dəqiqəlik çıxışında 700 dəfədən çox “mən” sözünü işlədib
13:52 19.12.2025
Gündəm
Bakıda küçədə səs-küy salan qadın həbs edildi
13:41 19.12.2025
Hadisə