Hamı dollara qaçır, manat ona görə gücdən düşür
20:35 21.06.2016
Arxiv
1197
Məzənnənin bir qəpik oyunu Mərkəzi Bankın işləridir
Son günlər dollar yenidən manata qarşı möhkəmlənməkdə davam edir. Dünən üçün USD/AZN rəsmi məzənnəsi 1,5240 səviyyəsində müəyyən olunub. Hansı ki, son həftələrə qədər manat dollara nisbətən xeyli möhkəmlənmişdi. Hətta bir ara dollar 1,48-ə qədər düşmüşdü. Qeyd edək ki, ABŞ-ın Federal Rezerv Bankı (FED)-in uçot dərəcəsini dəyişməz saxladığı və dünya bazarında neftin qiymətinin bahalaşdığı bir dövrdə milli valyutanın dəyər itirməsi isə birmənalı qarşılanmır. Bəs bunun səbəbi nədir? Yaxın gələcək üçün proqnozlar necədir?
İqtisadçı Oqtay Haqverdiyev isə hesab edir ki, manatın məzənnəsi konkret qurum tərəfindən tənzimləndiyi üçün valyuta ilə bağlı iqtisadi əsası olmayan siyasət aparılır: "Ölkədə rəsmi olaraq üzən məzənnəyə keçid elan edilib, manat bu gün üzən məzənnə rejimində deyil. Üzən məzənnə tələb və təklif əsasında formalaşır. Bizdə isə manatın kursu inzibati metodlarla tənzimlənir. Bu isə o deməkdir ki, iqtisadiyyatın özünün tələbi ilə yox, hansısa qurum tərəfindən manatın məzənnəsi gah qalxır, gah da düşür. Bildiyiniz kimi, bizdə də bu prosesi tənzimləyən orqan Mərkəzi Bankdır. Bank rəhbərliyi hansı məzənnəni qoysa, elə də olacaq. Əgər manatı öz axarına buraxsalar, üzə-üzə gəlib real qiymətinə çatanda dayanacaqdı. Amma buraxmadılar axı! Manat bir həftə qəpik- qəpik ucuzlaşır, o biri həftə eyni dərəcədə bahalaşır. Ona görə də, bu prosesə fikir vermək, dolların bahalaşmasından təşvişə düşməyə dəyməz”.
FED-in uçot dərəcəsini dəyişməz saxlamasına rəğmən milli valyutamızın bu hərəkətlilik səbəbinə gəldikdə isə iqtisadçı deyib ki, Amerika iqtisadiyyatının Azərbaycanda baş verən proseslərlə heç bir əlaqəsi yoxdur: "Amerika ilə siyasi əlaqələrimiz olsa da, ticari imkanlarımız yox səviyyəsindədir. Əgər Azərbaycanla ABŞ arasındakı kooperasiya əlaqələri yüksək səviyyədə olsa idi, dolların başına gələcəkdisə, bizdə həmin proses özünü göstərəcəkdi. Amma indiki halda bizlik bir şey yoxdur. Mərkəzi Bank hansı məzənnəni istəyir onu da təyin edir”.
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov isə son zamanlar ölkədə dolların bahalaşmasının başlıca səbəbini biznesin, bankların, eləcə də dövlətin beynəlxalq maliyyə qurumlarına xarici valyutada ödənişləri ilə izah edib. Onun sözlərinə görə, yalnız biznesin yox, eləcə də bankların xarici borc öhdəlikləri son illər xeyli dərəcədə artıb. V.Bayramov hesab edir ki, dolların bahalaşmasının ikinci səbəbi idxalın həcminin artmasıdır: " İdxalda müşahidə edilən durğunluq aradan qalxmaqdadır və artımlar müşahidə edilir. İdxal ölkədən valyuta axını olmasıyla yanaşı, dollara tələbi də artırır. Digər səbəb isə Mərkəzi Bankın manat təminatı, o cümlədən mərkəzləşdirilmiş kredit resurslarının həcmində müşahidə edilən artımlardır”. Ekspert hesab edir ki, mayın sonundan başlayaraq, həm psixoloji, həm də iqtisadi baxımdan əhalinin dollara tələbi yüksəlib və bu da məzənnəyə təsirsiz ötüşmür: "Banklarda olan əmanətlərin 81 faizinin xarici valyutada olması ölkəmizdə dollarlaşma səviyyəsinin kifayət qədər yüksək olduğundan xəbər verir. Bu isə nəticədə vətəndaşların da artan dollar tələbi deməkdir”. İqtisadçı bildirib ki, manatın məzənnəsinin növbəti dövrdə necə dəyişməsi birbaşa Mərkəzi Bankın davranışlarından asılı olacaq: "MB-nin siyasəti daha çox məzənnə dəhlizini qorumağa hədəflənib. Məzənnə marjı və valyuta ehtiyatları ilə bazara təsir edən baş bankın aydındır ki, dollara olan tələbə təsir imkanları elə də çox deyil”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
17:02 31.10.2026
Gündəm
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya