"Hamının tanıdığı və heç kəsin görmədiyi Anar"- Atası danışır
08:43 07.08.2018
Arxiv
938
Bir neçə gün bundan qabaq dünyasını dəyişən reper Anar Nağılbazın atası, keçmiş deputat Rizvan Cəbiyev oğlu ilə bağlı film çəkdirmək fikrindədir.
Bu barədə fikirlərini Modern.az-la bölüşən Rizvan Cəbiyev bundan sonrakı ömrünü oğluna həsr edəcəyini deyib.
"Anarla bağlı bir film çəkilməsini istəyirəm. Fikrim var ki, ssenarini ya mən, ya dostlardan kimsə hazırlasın. Hətta, çəkiləcək filmin adına qədər fikirləşmişəm. Hamının tanıdığı və heç kəsin görmədiyi Anar. Bu formada sənədli filmin gerçəkləşməsini istəyirəm.
Onun kitablarının da nəşr olunmasını istəyirəm. Bu gündən sonra nə qədər ömrüm varsa, hamısını Anara həsr edəcəyəm. Mütləq şəkildə oğlumu reabilitasiya etmək istəyirəm. Anar bu cəmiyyətdən yaralı və nigaran getdi. Ona görə də bunları etmək atalıq borcumdur”.
Rizvan Cəbiyev oğlunun övladlarını evinə gətirmək məsələsinə də toxunub.
"Uşaqların anası var. İstəsəydim, zamanında istənilən formada uşaqları geri alardım. Amma uşaq ananın yanında olar. Uşaqları çox sevən anaları var. Ana qucağı uşaq üçün hər şeydir. Vətənə də ana deyirlər. Bu söz boşuna deyilmir. Hər şeydən öndə anadır. Pis odur ki, uşaqların anası onları bizimlə görüşdürməyə razı olmur. Düşünürəm ki, onu da hüquqi formada yoluna qoyacağıq. Çünki o uşaqlar bizim qanımızdır. Ürəyim çox istəyir ki, o uşaqları görüm. Anarın qoyub getdiyi iki əsər var. Biri yazılı əsərdir, digəri isə Allahın göndərdiyi əsərdir. Uşaqlar Anarın ən böyük əsəridir”
Anar Cəbiyev 1974-cü ilin mart ayının 28-də anadan olub. Anar Nağılbaz Azərbaycanın ilk repçisi sayılır. O, replə məşğul olmağa 1988-ci ildə başlayıb. Artıq 1990-cı ildə A.Nağılbaz Yaltada beynəlxal festivalda "Bivəfa" mahnısı ilə təmsil edib. İlk albomunu 1996-cı ildə buraxıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya