“Onlar hələ də dərk eləmirlər ki, həmin torpaqların öz sahibi var”
Mərkəzi Livanda yerləşən Erməni Kilikiya kilsəsinin maliyyə dəstəyi ilə Dağlıq Qarabağda yeni yaşayış məntəqəsi inşa olunur.
Ermənistan KİV-nə istinadən aldığımız məlumata görə, işğal altındakı keçmiş Ağdərə rayonu ərazisində, Sırxavənd və Kiçan kəndləri arasındakı geniş sahədə inşa olunacaq kənd Yeni Kilikiya adlanır.
Erməni kilsəsinin maliyyəsi ilə inşa olunan kəndin ilk 10 evi artıq istifadəyə verilib, daha 20 evdə isə son tamamlama işləri aparılır.
Nor Kilikiya kəndində inşa olunacaq evlər pulsuz olaraq Qarabağdakı erməni əhalisinə paylanacaq.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov isə deyib ki, Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz məskunlaşma siyasəti aparır. Həmin ərazilərə köçürülənlər isə Qarabağ ermənilərindən daha çox Suriyadan, Livandan, İraqdan və başqa ölkələrdən köçürülən ermənilərdir. İt toxumu kimi səpilirlər torpaqlarımıza: "Hansı ölkədə dilənçi vəziyyətində yaşayan erməni varsa, onu tapıb, iş ev, pul vədləri ilə Azərbaycanın işğal altında olan ərazilərində saldıqları kəndlərə köçürürlər. Məhz həmin andan da onlar hüquqsuz bir insana çevrilirlər. Başqa ölkələrdən köçürülən ermənilərin əlindən pasportlarını, sənədlərini alırlar. Onlar da məcburi qalmalı olurlar. Dağlıq Qarabağda yaşayan ermənilərin sayı heç 30-40 minə çatmır deyə hərbi qüvvə baxımından kasaddırlar. Qondarma qurum rəhbərliyi də ərazilərimizdə hərbi rejim yaradıb, kişilərin hamısını yığıb səngərlərə göndərirlər”.
Ağdərədə salınan Yeni Kilikiyada inşa olunacaq evlərin pulsuz olaraq Qarabağdakı erməni əhalisinə paylanacağı ilə bağlı iddialara gəldikdə isə millət vəkili deyib ki, Qarabağda məskunlaşan ermənilərin hər birinin özünün ev-eşiyi var. Həmin kəndə ancaq saxta vədlərlə şirnikləşdirilib xaricdən köçürülən erməniləri məskunlaşdıracaqlar: "Ermənilərin Vətəni olmadığı üçün onlar yaşadıqları torpaqlar üçün döyüşməyi özlərinə borc hesab etmirlər. Bir vaxtlar Suriyada yağ-bal içində yaşadıqları halda indi ölkənin durumu çətindir deyə qaçmaq üçün şans axtarırlar. Qondarma qurum da bu fürsətdən faydalanaraq həmin ermənilərin hesabına Dağlıq Qarabağı doldururlar. Suriya erməniləri də o ümidlə gəlir ki, burada "yel əsib, qoz tökülüb”. Onlar hələ də dərk eləmirlər ki, həmin torpaqların da öz sahibi var və gün gələcək həmin insanlar öz yurd-yuvalarına qayıdacaq və erməniləri ordan it kimi qovlayacaqlar”.
Azərbaycanın ata biləcəyi addımlara gəldikdə isə millət vəkili deyib ki, həmin ərazilər müvəqqəti olaraq Ermənistanın işğalı altında olduğu üçün rəsmi Bakının işğal zonalarında yeni kəndlərin salınması və ermənilərin ora köçürülməsi prosesinin qarşısını almaq üçün real addımlar ata bilmir: "Konkret bu işlə məşğul olan beynəlxalq qurumlar var. Bu qanunsuz prosesin qarşısını onlar almalıdırlar.
ATƏT-in faktaraşdırıcı missiyası var. Onlar dəfələrlə həmin ərazilərdə olub, işğal zonalarında qanunsuz erməni məskunlaşmasının şahidi olublar. Ancaq bu 8 üzlü qurum nümayəndələri Dağlıq Qarabağ probleminə beşli standartlarla yanaşırlar. Bu günə qədər onların hər hansı bir irəliləyişə nail olduğunu görməmişik.
Deməli, ermənilərin torpaqlarımızda ermənilərin at oynatmasının qarşısını almağın yeganə yolu ərazi bütövlüyümüzün bərpasından keçir. Bundan sonra isə ilk işimiz rayonlarımızı kənardan köçürülüb, Azərbaycan torpaqlarında məskunlaşdırılan erməni və digər millətdən olan terroristlərdən təmizləmək olmalıdır. 1988-ci ilə qədər orada yaşayan Qarabağ ermənilərinə isə Azərbaycan qanunlarına tabe olmaq şərti ilə öz evlərində qala bilərlər. Əgər onlar bu illər ərzində Azərbaycana qarşı hər hansı bir cinayət törədiblərsə, layiqli cəzalarını alacaqlar. Əl-ayaq altında qalan yazıq ermənilərin Azərbaycanın idarəçiliyi altında yaşamalarına isə heç nə demirik”.
Şəymən