Havada ölüm qoxusu var

Mənzilin qaz borusu daim yoxlanılmalıdırBizim camaat elə ağına - bozuna baxmadan yaşayır
Bu qədər xəbərdarlıqlara baxmayaraq demək olar hər gün ya dəm qazından zəhərlənmə, ya da qaz sızmasından partlayışlar baş verir. Son iki gündə təbii qazla bağlı iki faciəvi hadisə olub.
Bakının Yasamal rayon sakini Adil Kazımovun evində partlayış baş verib və hadisəyə qaz sızmasının səbəb olduğu bildirilib. Nəticədə ev dağılıb, xəsarət alanlar var. Hadisə Tovuz rayonunda baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düz Qırıqlı kənd sakini 1982-ci il təvəllüdlü Günel Bağırova və onun 4 yaşlı övladı Elmar dəm qazı zəhərlənməsi əlamətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlara dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, G.Bağırova yaşadığı evdə hamamda övladını çimizdirən zaman hadisə baş verib.
Hər dəfə belə hadisələrdən sonra vətəndaşlar qaz idarələrini qınayır, binaların tüstü bacalarını vaxtlı-vaxtında təmizləməməkdə günahlandırır. Bunlar öz yerində. Amma insanlarımız bəzi hallarda öz səhlənkarlıqlarının qurbanı olurlar.
"Azəriqaz” ASC-nin sabiq idarə rəisi Nüsrət Qasımov bu fikirdədir ki, vətəndaşlar daha diqqətli və məsuliyyətli olsalar, bədbəxt hadisələrin sayı da azalar:
- Gedib baxsaq, fərdi evlərin çoxunda qaz borularının da, su xətti, kanalizasiya borusu və s. hər cür kommunikasiya xətlərinin, məişət-sanitar qovşağının düzgün quraşdırılmadığının şahidi olarıq. Hamı ev tikir, hər kəs də bildiyi kimi qaz, su, işıq çəkir. Çox adam kommunikasiya xətlərinin çəkilməsinə mütəxəssis dəvət etmir ki, əşi, özüm eləyərəm, bir də ustaya buna görə pul verməyim. İnsanların çoxu naşıdır, hər adamın biləcəyi iş deyil su çəkmək, qaz çəkmək. Amma hamı çalışır ki, bu, qaz idarəsindən mütəxəssis dəvət edilməlidir, su, elektrik enerjisi, kanalizasiya çəkilməsinə də həmçinin. Bu işlər xüsusi diqqət və qaydalara riayət olunmaq tələb edən məsələlərdir. Hər şeyin qaydası, ölçüsü olsun.
Təbii qazla bağlı təhlükəsizlik qaydalarına tikinti və quraşdırma işlərindən başlamaq lazımdır. Hansıdır bu qaydalar;
Qaz kəməri çəkilərkən kəmər bünövrədən binaya polad qılaf daxilində keçməlidir. Qılafın daxilində qaz kəmərinin birləşmə hissələri olmamalı, torpaqdan çıxdığı yerdə isə zədədən mühafizə edilməlidir. Qaz kəməri binanın üstündən çəkilərsə, kəmərin aşağı hissəsindən bina örtüyünə qədər məsafə ən yerdə birləşmə olmamalı, kəmər elektrik rozetkası və elektrik açarına qədər ən azı 50 sm. məsafədə olmalıdır. Ventil - əsas bağlayıcı açar binadan xaricdə quraşdırılmalıdır. Qaz kəməri elə çəkilməlidir ki, o başqa otaqlara deyil, bilavasitə qaz işlədən qurğunun yerləşdiyi otağa daxil olsun. Lift şaxtası, havadəyişmə şaxta və kanalları, eləcə də tüstü boruları ilə qaz kəmərinin çəkilməsi qadağandır. Çünki bu, təhlükəyə şərait yaradır. Təhlükəsizliyi təmin etmək üçün yaşayış binasının qaz kəməri polad borudan olmalı, suvaq altından deyil, açıq, görünən yerdə çəkilməlidir. Qazın plitəyə verilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır. Qaz plitəsi qurulan mətbəxin hündürlüyü 2,2 metrdən az olmamalıdır, mətbəxin pəncərəsi açıq nəfəslik və havadəyişmə kanalı ilə təmin edilməlidir.
Məişətdə işlədilən qaz cihazlarından törənən yanğınların əsas səbəbi boru kəmərlərində, birləşmə qovşaqlarında kipliyin pozulması və qaz plitələrinin odluqlarından qazın sızmasıdır. Təbii qaz, eləcə də mayeləşdirilmiş balon qazı hava ilə birlikdə partlayış təhlükəli qarışıqlar əmələ gətirməyə qadirdir. Elə buna görə də, mənzildə və digər yerlərdə qaz qoxusu hiss etdikdə kibrit, alışqan yandırmaq, hər hansı elektrik qurğu və cihazlarından istifadə etmək, o cümlədən onları cərəyana qoşmaq və ayırmaq olmaz. Açıq oddan istifadə etmək, siqaret çəkmək də qaz dolmuş yerlərdə partlayış və yanğına səbəb ola bilər.
Qazın sızması müxtəlif səbəblərdən olur. Əgər sızma qaz cihazındakı kranın açıq qalmasından əmələ gəlibsə, onu bağlamaq, mənzilin havasını təmizləmək üçün qapı və pəncərələri açmaq, hava cərəyanı yaratmaq lazımdır. Əgər qazın sızması qaz kəmərinin və ya qaz cihazının azacıq aralı saxlayasan, hamamın qapısının dəlikləri mütləq olmalıdır ki, içəriyə hava kütləsi daxil olsun, içəridəki isti hava isə çıxa bilsin. Kustar üsulla düzəldilmiş, əldəqayırma cihazlardan istifadə edilməməlidir. Mənzilin qaz borusu daim yoxlanmalıdır ki, bilinsin, hardasa sızma varmı. Bizim camaat elə ağına-bozuna baxmadan yaşayır. İnsan bir az məsuliyyət hiss etməlidir, diqqətli olmalıdır. Səhlənkarlıq adamlara həyatı bahasına başa gəlir. Televiziyada yanğın təhlükəsi ilə bağlı xəbərdarlıqlar verirlər. Heç olmasa, buna baxıb bir az məsuliyyətli olsunlar.
Məlahət Rzayeva