
“Hazırda qala divarı normaldır, heç bir problem yoxdur” – Ajiotaj yaradırlar
14:39 25.04.2019
Arxiv
904
Azər Həsrət:“İçərişəhərlə bağlı köhnə fotoları yaymaqda məqsəd Azərbaycanın adını qara siyahılara saldırmaqdır”
"Azərbaycan "Formula 1” kimi çox önəmli və dünyanın diqqətini cəlb edən yarışlar ərəfəsindədir. Yəni hamının diqqəti Azərbaycanın üzərindədir”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.
Ekspert vurğulayıb ki, beynəlxalq oyun arasında ölkəmizdə neqativ, pozitiv nə baş versə, diqqət cəlb edəcək:
"Bu məqamı nəzərə alan bəzi adamlar köhnə şəkilləri paylaşaraq təbliğat qururlar. Onların məqsədi ictimai rəyi çaşdırmaq və Azərbaycana beynəlxalq təzyiq göstərilməsinə nail olmaqdır. Sosial şəbəkələrdə yazırlar ki, UNESKO tərəfindən qorunan divarları guya söküb-dağıdırlar. Ancaq sonra "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi video-görüntü yaydı və bəlli oldu ki, orada sadəcə bərpa işləri aparılıb. Yayılan fotolar da 2012-ci ilə aiddir. Hazırda qala divarı normaldır və heç bir problem yoxdur”.

A.Həsrətin sözlərinə görə, məqsəd "Formula 1” ərəfəsində Azərbaycanın adını qara siyahılara saldırmaqdır:
"Amma burada bir məqam var. Məsələ ondadır ki, dünəndən həmin görüntülər paylaşılır, ancaq "İçərişəhər” DTMQİ-si çevik davrana bilmir. Mən özüm əvvəlcə o şəkilləri görəndə əsəbləşdim ki, niyə bunu edirlər?! Təəssüflər olsun ki, Qoruq İdarəsi bir gün sonra həqiqəti əks etdirən fotoları yayımladı. Bu da onu göstərir ki, bəzən müvafiq dövlət qurumları operativ hərəkət edə bilmirlər. Nəticədə ictimaiyyətdə ajiotaj yaranır. İstərdim ki, bu cür məsələlər baş verəndə dövlət qurumları məsuliyyətini anlasın və dərhal ictimaiyyətə açıqlama versin. Fotolar paylaşılan kimi dərhal jurnalistləri həmin yerə dəvət etmək olardı. Amma bunun əvəzinə sosial şəbəkədə tənqid yazanları bloklamağı üstün tutdular. Halbuki ətraflı və dərhal izah etmək daha məqsədəuyğun olardı”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region