Həbsxanalar Bakıdan köçürülür
21:15 20.01.2014
Arxiv
871
"Şəhərin mərkəzində yerləşən cəzaçəkmə müəsisələri köçürüləcək". ANS PRESS-in məlumatına görə, Bunu Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev deyib. O bildirib ki, əvvələr bu cür müəssisələr şəhərin ətraf rayonlarında yerləşirdi:
"Hazırda şəhərin böyüməsi nəticəsində bu cür müəssisələrin digər yerlərə köçürülməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə tikintilər gedir. Lənkəran, Kürdəmir və Gəncə şəhərlərində də cəzaçəkmə müəssisələri tikilir".
Mədət Quliyev məhbusların qida rasionundan danışıb. O, bildirib ki, məhbuslara yüksək kalorili xüsusi rəsion verilir. "Diabet və şəkər xəstələrinə xüsusi, onlara aid olan qida verilir. Keçən il biz ölkənin tanınmış kulinarlarına müraciət etdik. Bizim aşbazların professional hazılıqları yüksək səviyəyə çatdırıldı".
Mədət Quliyev eyni zamanda məhbuslar arasında diabet, şəkər və vərəm xəstələrinin sayını da açıqlayıb. O bildirib ki, 492 nəfər şəkər diabet xəstəliyindən əziyyət çəkir:
"Ədliyyə Nazirliyinin tibb xidməti tərəfindən sözü güdən xəstələrə müalicəsi istiqamətində xüsusi xidmət göstərilir. Vərəm xəstəliyinə tutulan məhbusların da müalicəsi istiqamətində işlər aparılır. Bizdə bunun üçün müalicə müəssisəsi var. Beynəlxalq Qızıl Xaç Cəmiyyəti Azərbaycanda vərəm xəstəliyinin müalicəsinə dəstək göstərir. Bizdə bu məhbuslar arasında bu xəstələrin sayı dünyanın digər ölkələri ilə müqayisədə çox deyil. Bu sahədə işlər davamlı olaraq aparılır. Azərbaycanda məhbuslar arsında 329 vərəm xəstəsi var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya