Həcc ziyarətində edam xəbərdarlığı əvvəldən vardı
20:45 26.04.2016
Arxiv
464
“Bizim zəvvarlar gedəndən gələnə kimi günlərini oteldə oturub, qeybət eləməklə keçirirlər”
Səudiyyə Ərəbistanı bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, qaydaları pozanlar ölüm hökmünə də məhkum oluna bilər.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, zəvvarlarla imzalanan müqavilənin xüsusi müddəa bölümünün 4.7-ci bəndində qeyd olunub ki, narkotik vasitələrin, spirtli içkilərin və təbliğat xarakterli ədəbiyyatların Səudiyyə Ərəbistanına gətirilməsi qəti qadağandır. Ölkəyə narkotik aparanlar ölüm hökmü (edam) cəzasına məhkum edilir.
Bölümün 4.8-ci bəndində isə deyilib ki, buna görə təşkilatçı (QMİ) məsuliyyət daşımır.
İlahiyyatçı-alim Elşad Miri isə deyib ki, bir neçə il bundan əvvələ qədər Səudiyyə Ərəbistanda hüquq-mühafizə orqanlarının özləri aksiya iştirakçılarını mühafizə edirdi: "Şəxsən şahidi olmuşam ki, İrandan gələn bəzi qruplar və ya mənsəb nümayəndələri hansısa məsələləri gündəmə gətirmək, oradakı insanların diqqətini cəlb eləmək üçün aksiyalar keçirir, siyasi çıxışlar edirlər. Hətta 8 il bundan əvvəl belə bir aksiyanın şahidi olmuşdum. Hansı ki, Ərəbistan polisi də onların məscidin ətrafına yığışmasına imkan yaradıb, aksiya iştirakçılarının təhlükəsizliyini təmin eləmişdi. Amma ötən il ziyarət zamanı vəfat edən zəvvarların çoxunun İran vətəndaşı olması və bunun fonunda İranın Səudiyyə Ərəbistana qarşı etirazlar edib, Ümrə ziyarətindən imtinası və Həcc ziyarəti ilə bağlı bəzi məsələləri gündəmə gətirməsi Səudiyyə Ərəbistanı belə bir iltizamlar almağa vadar etmiş ola bilər. Onu deyim ki, Həcc vizası alarkən zəvvarların üzərində narkotik vasitələri, spirtli içkilər tutulacağı halda həbs olunması və edam edilməsi ilə bağlı xəbərdarlıqlar əvvəldən də vardı. Bütün bu addımlar isə başadüşüləndir. Amma onu deyim ki, peyğəmbərimizin və ondan sonra gələn xəlifələrin dövründə belə bir metod vardı. Kənardan gələn insanlar məscid ətrafına yığışır və Xəlifənin hüzurunda onların problemləri dinlənilirdi. Kimin kimdən narazılığı varsa, öyrənilir və ona uyğun tədbirlər həyata keçirilirdi. Amma çox təəssüflər olsun ki, bu gün Həcc ziyarətinə gedən insanlar sadəcə Quran oxuyub savab qazanmaqla öz missiyalarını bitmiş hesab edirlər. Hansı ki, Həcc, Ümrə ziyarətlərində zəvvarlar yeni tanışlıqlara üstünlük verməli, öz dünya görüşlərini genişləndirməlidirlər. Həcc ziyarətini beynəlxalq toplantı kimi qəbul eləmək daha məqsədəuyğun olar. Ancaq bizim zəvvarlar gedəndən gələnə kimi günlərini oteldə oturub, qeybət eləməklə keçirirlər. Bu səfərdən şəxsi tanışlıqlar qurub, ətraflarını genişləndirmək üçün istifadə etmirlər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm