Həkimdən ÇAĞIRIŞ: “Geomaqnit qasırğanın baş verəcəyi günlər diqqətli olun !
15:31 30.11.2018
Arxiv
414
Dekabr ayının 1-i və 2-də növbəti geomaqnit qasırğası gözlənilir. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib ki, qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir. Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yerətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlaşdıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq. Meteoşəraitin son şıltaqlıqları və geomaqnit qasırğasının birgə təsirləri risk qrupuna daxil olan insanlar üçün heç də yaxşı hal vəd etmir. Diskomfort xeyli artacaq.
Maraqlıdır, yaxın vaxtlarda baş verəcək geomaqnit qasırğasının insanların səhhətlərinə mənfi təsirləri nədən ibarətdir və bundan necə qorunmaq olar?
Suallarımızı cavablandıran Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Sherg.az”a bildirib ki, geomaqnit qasırğalarının baş verəcəyi günlər insanlar diqqətli olmalıdır:
"Geomaqnit qasırğalar, güclü küləklər, kəskin hava şəraiti həssas insanlara pis təsir göstərir. Bu kimi hava şəraitləri ürək-damar, təzyiq, beyin qan dövranında pozuntu olan və nervoloji xəstələrdə əks təsirlər yaradır. Ona görə də, dekabr ayının 1və 2-də geomaqnit qasırğa olan zaman səhətində problemləri olan insanlar özlərini qorumalıdırlar. Yəni onlara daha çox ev şəraitində, qapalı yerlərdə olmaları, açıq hava ilə çox təmas qurmamaları məsləhətdir”
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya