Həkimlər "ölmüş" insanı yenidən həyata qaytarıb
19:53 30.04.2019
Arxiv
601
120 dəqiqədən sonra ürək normal döyünməyə başlayıb
Krasnoyarsk 1 saylı kliniki xəstəxanasının həkimləri iki saat xəstənin həyatı uğrunda mübarizə apararaq onu yenidən həyata qaytarıblar.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, xəstə qəbul şöbəsinə soyuqdan donmuş halda gətirilib. Xəstəxanadan verilən məlumata görə, həmin şəxs səhər saatlarında bir sənaye müəssisəsinin gözətçiləri tərəfindən tapılaraq xəstəxanaya çatdırılıb.
"Biz reanimasiya tədbirlərinə - ürək masajı və defibrilyasiyaya başladıq. İkinci reanimataloq da dəvət edildi. Çünki uzun reanimasiya müddətində bu işin öhdəsindən tək gəlmək mümkün deyildi" - deyə xəstəxananın reanimatoloqu Dmitri Misukov bildirib.
Həkimlər qeyd edib ki, defibrilyasiya zamanı insan 5 min volt gücündə zərbə alır. Sağlam insan bu zərbədən ölə bilər.
"Həkimlər iki saata yaxın işləyib. Xəstə 24 dəfə - hər dəfəsində 360 Coul gücündə defibrilyasiya edilib. 120 dəqiqədən sonra ürək normal döyünməyə başlayıb. Xəstənin bədəni normal temperatura qayıdıb və xəstə ölümdən dönüb" – məlumatda bildirilib.
Bir gün sonra artıq xəstə həkimlər üçün şeir deməyə başlayıb. O danışıb ki, adı Vladimir Yakovleviçdir və 1964-cü ildə dünyaya gəlib. Həkimlər xəstənin vəziyyətini qənaətbəxş hesab edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya